• Soya

Reseptin məlumatları Baxış sayı: 2 678

Tarix : 4-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Toxumlarına və zoğlarına görə yetişdirilən birillik bitki.

Soya 100 qr – 381 kkal
Proteinin ən yaxşı mənbəyi, həmçinin tərkibində kalium, maqnezium, fosfor, kalsium, dəmir, E və B6 vitamini var.

Ürək döyüntüsü
Bu bitkini yemək ürək sağlamlığı üçün xeyirlidir. Həkimlər hər gün, soyadan hazırlanmış məhsulların verdiyi 25 qr protein yeməyi tövsiyyə edir. Soya proteinləri əsasında (yağlar istisna olmaqla) olan pəhriz ürək xəstəliyi riskini azaldır.

Qliserin – maksimum qadınlara
Soya (Glycin max) tərkibində fitoestrogen olduğu üçün qadınlara tövsiyyə olunur. Soyadan hazırlanan məhsulları yemək heç bir yan-təsiri olmadan menopauzanın simptomlarını zəiflədir. “Soya istehlakçıları” mədəni dərnəyindən olan qadınlar üzərində aparılan tədqiqat həmin qadınlarda daha az döş xərçənginə rast gəldiyini göstərir. Xüsusilə qadınlarda, bu bitki xolestrol səviyyəsini azaldır və sümük kütləsini artırır.

Tərəvəz buqələmunu
Soyadan hazırlanan məhsulların çoxluğu heyranedicidir.
Bunlar:
süd,
sous,
tofu,
miso,
əriştə,
yağ,
un.

Yapon bağında casus
Soyanın vətəni Asiyadır. 3000 il eramızdan əvvəldən burada yetişdirilir. Bu bitkinin toxumları və onların tətbiqləri Avropaya 17 əsrdə Holland Şərqi Hindistan Kampaniyasında işləyən alman alimi və səyahətçisi Engelbert Kaempfer tərəfindən gətirilib. Təsdiqlənməmiş mənbələr iddia edir ki, həmin alim Yaponiya barədə və maraqlı botanik nümunələr haqqında informasiyanı rüşvətlə və öz qulu ilə xüsusi razılaşmalarla əldə edib.
Etiketlər: məhsulların, tövsiyyə, Soyadan, hazırlanan, yemək, qadınlara, tərkibində, qadınlarda, bitki, həmin, azaldır, Soyanın, bitkinin, vətəni, Asiyadır, yetişdirilir, casus, əvvəldən, eramızdan, burada
BİZİ İZLƏYİN