• Balqabaq

Reseptin məlumatları Baxış sayı: 2 835

Tarix : 8-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Balqabaq bir neçə min il bundan əvvəl becərilməyə başlanan bitkidir. O, başlanğıcını Amerikadan qötürüb və hal hazırda onun 20 müxtəlif növləri mövcuddur.

100 qr balqabaqda – 19 kilokalori
Balqabağın tərkibində sellüloza, protein, karotin, kalsium, dəmir, maqnezium, fosfor və həmçinin , A, B1, B2, PP və C vitaminləri vardır.

Arıxladan balqabaq
Tərkibində çoxlu sellüloza və su olduğu üçün balqabaq çox vaxı arıxlama pəhrizlərində istifadə olunur. O, həzm proseslərini yaxşılaşdırır, toksinləri və başqa zərərli maddələri xaric edir və orqanizmdəki su mübadiləsini qaydaya salır.

Dəyərli tərkibli balqabaq
Balqabağın tərkibində dəyərli mineral duzlar və vitaminlər var. Balqabağın içində həmçinin çox dəyərli olan tumlar vardır. Tumların tərkibində protein, omeqa-3 yağlı turşular, selen, maqnezium, sink, C vitamini və B qrup vitaminləri vardır. Onlar həmçinin sidik yollarının infeksiyası müalicəsində kömək edir və sidikqovucu effektə malikdir. Balqabaq tumları iltihabi proseslərlə mübarizə aparır, ödqovucu və antiparazitar effektə malikdir.

Nəhəng balqabaqlar
İsveçrədə hər il ən böyük balqabağı seçmək məqsədilə yarışş aparılır. İldən ilə yarışda iştirak edən balqabaqların ölçüsü böyüyərək artıq 450 kiloya çatıb.
Etiketlər: tərkibində, həmçinin, balqabaq, Balqabağın, vardır, maqnezium, protein, vitaminləri, effektə, malikdir, Balqabaq, sellüloza, dəyərli, omeqa, sidikqovucu, kömək, Tumların, tumlar, proseslərlə, iltihabi
BİZİ İZLƏYİN