• Zeytun

Reseptin məlumatları Baxış sayı: 2 167

Tarix : 10-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Zeytunkimilər fəsiləsinə aid olan kiçik ağac bitkisi

Zeytun
100 qr zeytun – 160 kkal
Bu bitkinin yarpaqları oleuropein, oleasterol və lein, olein turşusu, antioksidantlar: E vitaminindən, polifenollardan ibarətdir.
Zeytun yağı həmçinin, bizə lazım olan polidoymamış (omeqa-6) yağ turşularını verir, beləliklə biz doymuş yağ turşularını yeməyə məcbur olmuruq.

Zeytun yemənin şəfaverici faydaları
Amerikanın həftəlik “Times” jurnalı zeytunu dünyanın ən sağlam ərzaqlar qrupuna daxil edib. Bu bitki və onun yağı səhhət üçün faydalıdır və qanda xolestrolun miqdarını azaltmaq qabiliyyətinə malik monodoymamış turşu yağlarının çoxluğuna görə məşhurdur. Zeytun ürək və qan damarlarını arteriosklerozdan qoruyur; o, sağlam qidalanma modeli sayılan Aralıq dənizi pəhrizinin əsas komponentidir.
Bir ağac və bir litr
Bir zeytun ağacından bir litrə qədər yağ almaq olar. Hətta, bol məhsul dönəmində bir ağacdan bu qiymətli mayenin iki litrini belə almaq olar.

Həmişə yaşar ağac
Zeytun ağacı boyu 4-12 metrə çatan həmişəyaşıl ağac və ya kol bitkisidir. Adətən, bu ağacın gövdəsi boz rəngdə olur, yarpaqları qalındərilidir. Ağac tam bəhrəsini hər 2 ildən bir verir – yığımdan sonra o dincə qoyulmalı və möcüzəli meyvəsini yenidən vermək üçün gücünü qazanmalıdır. Tərəddüdsüz demək olar ki, bu ağaclar keçmiş zamanların şahidləridir, çünkü onlar min ilədək yaşaya bilirlər!

Yaşıl və qara
Zeytunun çox növü var: yaşıl, qara, kiçik və ya iri, fərqli dadlı və müxtəlif yağ tərkibli. Nəfis turşuya qoyulmuş zeytunlar qara çaxır rəngli və yüngül meyvə dadlı olur. Onlar iştahaaçan kimi əvəz edilməzdir, və həmçinin müxtəlif salatların komponenti olur.
Etiketlər: Zeytun, sağlam, verir, turşularını, həmçinin, müxtəlif, yarpaqları, dadlı, almaq, kiçik, zeytun, ildən, bəhrəsini, qalındərilidir, yığımdan, möcüzəli, yenidən, vermək, gücünü, meyvəsini
BİZİ İZLƏYİN