• Soğan

Reseptin məlumatları Baxış sayı: 2 310

Tarix : 11-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Dünyada ən cox işlədilən tərəvəz. Həmçinin müalicəvi bitki kimi istifadə olunur.

100 qr soğanda – 40 kilokalori
Soğanın tərkibində sellüloza, protein, maqnezium, fosfor, dəmir, natrium, kalsium, kalium və A, B A, B1, B2, B6, C, PP vitaminləri var.

Bakterialarla mübarizə aparır
Soğanın antibakterial xüsusiyyətləri və infeksiyalarla mübarizə aparmaq qabiliyyəti olduqca dəyərlidir. Onun şirəsində təbii antibakterial maddələrə aid olan fitonsidlər vardır. Soğanın antibakterial xüsusiyyətləri hətta soğanı bişirəndə və ya buxara verəndə belə öz əhəmiyyətimi itirmir.

Xolesterin səviyyəsini aşağı salır, ürəyi gücləndirir və xərçəng xəstəliyi ilə mübarizə aparır

Soğan orqanizmdəki xolesterin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır. O, həmçinin qanı duruldaraq, damarlarda qan laxtasının əmələ gəlmə riskini azaldır və qan təzyiqini aşağı salaraq, ürəyi müdafiyə edir. Hal hazırda soğanın gündəlik istifadəsi xərçəng xəstəliyin riskini nə dərəcədə azalda biləcəyinə dair geniş miqyaslı tədqiqatlar aparılır.

Bizi ağladan soğan
Niyə soğan doğrayanda gözlərimizdən yaş gəlir? Bu, soğanın tərkibində olan LFS enzimlərin və kükürd istehsal edən aminoturşuların qarışığı nəticəsində əmələ gələn boğazımızı qıcıqlandıran sulfon turşusuna görə baş verir. Cəfəri göyərtisini və yaxud qəhvə dənini çeynəməklə biz bu xoşagəlməz simptomları azalda bilərik.

Soğan olmasa idi, Misir piramidləri də olmaya bilərdi…
Soğanın tarixi ən azı 3,000 il əvvəl Sentral Asiya və Hindustanda başlayıb. Romalıların səbəbinə o, Avropaya çatdı və Xristofor Kolumbun hesabına dünyada yayıldı. Soğanın şəkili hətta Misir piramidlərdə aşkar olunub – onlar qulların qida rasionunun ayrılmaz hissəsi olub onları xəstəliklərin yayılmasından effektli şəkildə qoruyub. Bugün soğan bütün dünyada becərilir və bütün dünya mətbəxlərində əvəzolunmaz inqrediyent olaraq vacib yer tutur.
Etiketlər: Soğanın, soğan, aşağı, antibakterial, mübarizə, dünyada, əmələ, xüsusiyyətləri, xərçəng, riskini, hətta, salır, ürəyi, səviyyəsini, Soğan, soğanın, dərəcədə, Misir, aparır, bütün
BİZİ İZLƏYİN