• Yeməli mərcimək

Reseptin məlumatları Baxış sayı: 2 861

Tarix : 15-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Başlanğıcını Asiyadan götürən bitki. Hal hazırda bir çox müxtəlif ölkələrdə becərilir.

100 qr mərciməkdə – 347 kilokalori
Mərciməyin tərkibində karotin, müxtəlif proteinlər, kraxmal, fosfor, dəmir, kalsium, foliy turşusu və A, B1, B2, B6, C və PP vitaminləri var.

Sağlamlığın mahiyyəti
Tərkibində foliy turşusu və dəmir olduğu üçün, mərcimək qırmızı qan hüceyrələrin istehsalını stimullaşdırır və əsəbi sisteminə müsbət təsir göstərir. Aşağı qlikemik indeksinə görə o, cox vaxtı pəhrizlərdə istifadə olunur və şəkər xəstəliyi olan adamların qida rasionuna daxil olunur. Mərciməyin tərkibində sellüloza olduğuna görə o, gözəl təmizləyici effektə malikdir və orqanizmdəki xolesterinin və qlükozanın səviyyəsini aşağı salır.

Qidalı və dadlı tumlar
Dadlı və çox qidalı olan mərcimək tumlarınından bir çox xörəklərdə istifadə etmək olar. Onlardan dadlı salatlar və çox ləzzətli olan mərcimək şorbasını hazırlamaq olar. Mərcimək tumları çox qidalı olduğu üçün onlar hətta çiy formada buterbrodlar və yaxud isti yeməklərdə cəfəri və ya şüyüd əvəzinə istifadə oluna bilər.

Bibliyada mərcimək yaqqında oxumaq olar
Bibliyadan mərciməyə əsrlər boyu nə qədər dəyər verildiyinı görə bilərik. Yazılarda oxumaq olar ki, bir boşqab mərciməyə görə İsaakın birinci oğlu Esau öz birincilik hüququndan imtina etdi.
Etiketlər: mərcimək, istifadə, foliy, mərciməyə, tərkibində, turşusu, olunur, olduğu, Mərciməyin, oxumaq, dəmir, dadlı, qidalı, müxtəlif, hazırlamaq, aşağı, salır, Mərcimək, tumları, formada
BİZİ İZLƏYİN