• Qıtıqotu

Reseptin məlumatları Baxış sayı: 4 011

Tarix : 16-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Bu bitkiyə Avropa və Asiyada rast gəlinir, kökləri və yarpaqları istifadə olunur.

100 qr qıtıqotu – 68 kkal
Qıtıqotu fosfor, kükürd, kalium, kalsium, dəmir, natrium, maqnezium və A,B, C və E vitaminlərindən ibarətdir.

Sağlamlığın əsası
Qıtıqotunun anti-bakterial, anti-virus və anti-göbələk effektləri var. Metabolizmin dərəcəsini stimullaşdırır, böyrəklərin işini nizamlayır və bədinin müqavimətini artırır. O, limon və portağaldan daha çox C vitamininə malikdir və fitonsidlərə görə soğan və sarımsaqdan sonra yüksək yerdədir. O, bədəni lazımi vitaminlər və mineral duzlarla təmin etmək üçün keçid fəsillərində (payız- qış və qış-yaz) xüsusilə tövsiyyə olunur.

Hissləri kəskinləşdirir
Sürtkəcdən keçirilmiş qıtıqotu kökü öz xarakterik dadı ilə bir çox yeməklər üçün inqrediyentdir, o, həmçinin, ət və ya isti ya da soyuq balıqla qarnir kimi qaymaq və limonla süfrəyə verilir.

Təravəti qoruyur
Təbii antibakterial xüsusiyyətlərinə görə – fitonsidlər- qıtıqotu cəlbedici keyfiyyətlərə malikdir. Onun yarpağına bükülmüş yağ, ət və ya balıq uzun müddət təzə qalır, çünki tərkibindəki fitonsidlər bakteriyanın inkişafına icazə vermir.

Göz yaşları gətirir
Əgər, qıtıqotu təzə və bərkdirsə, onun daxilindəki efir yağları gözümüzü yaşardır və ya asqırdır, yeməkdən sonra bir tikə ağ çörək iyləməliyik ki, gözlərimizi və boğazımızı yüngülləşdirsin.
Etiketlər: qıtıqotu, malikdir, sonra, olunur, fitonsidlər, süfrəyə, limonla, cəlbedici, verilir, Təravəti, Təbii, qoruyur, qaymaq, xüsusiyyətlərinə, antibakterial, balıqla, Sürtkəcdən, keçirilmiş, kəskinləşdirir, Hissləri
BİZİ İZLƏYİN