• Gülkələmi

Reseptin məlumatları Baxış sayı: 2 617

Tarix : 23-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Kələm fəsiləsindən olan illik bitki. Bitkinin yeməli hissəsi onun gül adlandırılan cavan ağ gül zoğlarıdır. Mülayim iqlimdə becərilir.

100 qr gül kələmində – 21 kilokalori

Tərkibində kalium, maqnezium, kalsium, manqan, dəmir, mis, sink, ftorid,karotin, C, K, B1, B2, B6 vitamənləri var.
Gülkələmini yeməklə xərcənğ xəstəliyindən qorunmuş olacaqsınız
Bu tərəvəzin istifadə edilməsi xərcəng xəstəliyinin profilaktikası üçün məsləhət olunur.

Gülkələmi insan orqanizmini təmizləyir
Gülkələmində aşkar edilən enzimlər insan orqanizmini təmizləyir. Vaxtında orqazimdən xaric olunmayan toksik birləşmələr hüceyrələnin zədələnməsinə, və nəticə etibarı ilə, xərçəng xəstəliyinin əmələ gəlməsinə gətirib çixarda bilər. Gül kələmində aşkar olunan vitamin, minerallar və xüsusi enzimlər xərçəng xəstəliyinin qarşısını alır.

Gül kələmindən doyunca yeyin…
Gül kələmində az kalori var. Bu səbəbdən, biz ondan artıq çəkini əldə etməyə qorxmadan doyunca yeyə bilərik. Gül kələmi insanı tez doydurur və sağlamlığımız üçün çox faydalıdır.

“Kipr kələmi”
Gül kələmi bizə Kiprdan gəlib və əvvəl “Kipr kələmi” adlanırdı. O, 2500 il bundan əvvəl qədimi Misir və İranda becərilməyə başladı. Sonra isə, o, İtaliyada becərilməyə başladı və 16 əsrdə Avropada yayıldı. Müasir mətbəxlərdə gül kələmindən şorbalar, zapekankalar və tərəvəz yeməklərində istifadə olunur. O, bütöv şəkildə bişirilir və ya salatlarda çiy çiy istifadə olunur.

Gül kələmi nədir?
Gül kələmi fraktal anlayışını aydın izah edən təbiyi bitkidir. Fraktal anlayışı riyaziyyata 70-ci illərdə Yel Universitetini bitirmiş Benua Mandelbort adında Fransiz alim tərəfindən daxil olunmuşdur. Fraktalın xüsusiyyəti onun özünü təkrar etməkdədir – bütovlüyün bir hissəsi onun öz təkrarıdır. Beləliklə, gül kələmin hər bir hamaşçiçəyi bütöv gül kələmin şəklini təkrarlayır. Fraktal anlayışı tibb, hidroloqiya və maliyyə kimi elmlərdə tətbiq olunur.

Təhsil almış tərəvəz
Mark Tven gülkələmi haqqında deyib ki, o, sadəcə ali təhsil almış adi kələmdir.
Etiketlər: olunur, kələmi, kələmində, xəstəliyinin, istifadə, enzimlər, aşkar, orqanizmini, insan, anlayışı, kələmi”, xərçəng, becərilməyə, əvvəl, başladı, doyunca, bütöv, tərəvəz, kələmindən
BİZİ İZLƏYİN