• Paxlalı bitki

Reseptin məlumatları Baxış sayı: 5 375

Tarix : 24-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Paxla bir çox ölkələrdə becərilən lobya fəsiləsindən birillik bitkidir.

100 qr paxlada – 88 kilokalori
Paxlanın tərkibində böyük miqdarda protein və sellüloza, və həmçinin kalsium, fosfor, dəmir, maqnezium, karotin və A, B1, B2, C, E vitaminləri var.

Protein
Paxlanın tərkibində 25% yaxın protein var. Onun qida dəyəri dənli bitkilərin tərkibində olan proteinin dəyərindən daha yüksəkdir. Paxlada həmçinin böyük miqdarda sellüloza, karbohidratlar, yağlar, dəyərli vitamin və minerallar var.

Sıfır dərəcəsində xolesterin
Paxlanın tərkibində xolesterin yoxdur, bu səbəbdən onun istifadəsi dövretmə xəstəlikləri olan insanlara tövsiyyə olunur. O, tərkibində həmçinin maddə mübadiləsini yaxşılaşdıran sellüloza olduğu üçün həzm sistemini qaydaya salır və müxtəlif pəhrizlərdə geniş istifadə olunur.

Troyanlılar paxladan istifadə edirmiş
Paxla bitkisi ən azı 5,000 il bundan əvvəl becərilməyə başladı. Onun izləri Çində, qədimi Misirdə və hətta Troyanın xarabaxanalarında tapılıb. Paxla asan becərildiyinə, yüksək qida dəyərinə, və doyumlu olduğuna görə əsasən kasıb insanların rasionunda öz yerini tapmışdır. Antik dünyada paxla ölüm rəmzi hesab edilirdi və keşişlər tərəfindən istifadə olunmurdu.
Etiketlər: tərkibində, sellüloza, Paxlanın, həmçinin, istifadə, Paxla, böyük, protein, xolesterin, miqdarda, olunur, Çində, izləri, başladı, becərilməyə, qədimi, Misirdə, xarabaxanalarında, Troyanın, hətta
BİZİ İZLƏYİN