Kələm fəsiləsindən olan və kiçik, yaşıl yarpaqlı başlarına görə becərilən ikiillik bitki. Mülayim iqlimdə yetişdirilir.
100 q 25 – 40 kkal
Lif, dəmir, fosfor, kalium, vitamin C, B qrup vitaminləri, pro-vitamin A-dan ibarətdir.
Körpəmiz olacaq!
Gələcəyin analarına fol turşusunun mənbəyi olan brüssel kələmini öz qida rejiminə əlavə etmək məsləhət görülür. Bu, sinir sisteminin düzgün formalaşması və doğum qüsurlarının riskini azaltmaq üçün vacibdir. Vitamin C-nin əla mənbəyi, əsas antioksidant kimi, brüssel kələmi anaya al üz rəngini və üz dərisinin gözəlliyini saxlamaqda kömək edir. Onun lif tərkibi adətən hamilə qadınların üzləşdiyi qəbzlik probleminin qarşısını alır.
Brüssel kələmi mükafat kimi
Büllur Brüssel Kələmi Avropa Birliyinin elmi proqramlarının ən uğurlu iştirakçıları üçün mükafatdır.
Brussels Sprouts is excellent source of vitamin C
Brüssel möcüzəsi
Brüssel kələmi 1750-ci ildə Brüssel yaxınlığında aşkar olunaraq kələmin bir növü kimi təsvir olunmuşdu. Belçikalılar Brüssel kələminin ilk dəfə 1821-ci ildə becərildiyini israr edir və onu yerli məhsul sayırlar ki, bu, vafli, kasnı, pendirlər və Belçika biskvitləri ilə yanaşı onların ən çox fəxr etdiyi məhsuldur. Hazırda becərilən Brüssel kələminin növü şaxtaya dözümlüdür. Bu bitki 20-dən 75-ədək kiçik kələmlərdən ibarət olur, 1 metrə qədər böyüyür.
Etiketlər: Brüssel, vitamin, kələmi, brüssel, mənbəyi, becərilən, bitki, kiçik, kələminin, source, excellent, möcüzəsi, yaxınlığında, Sprouts, aşkar, kələmin, təsvir, olunaraq, mükafatdır, Kələmi