• Lobya

Reseptin məlumatları Baxış sayı: 3 520

Tarix : 27-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Paxlalı bitkilər fəsiləsinə mənsub olan birillik bitkidir, çoxillik formaları da mövcuddur. Qabığının və daxilindəki toxumların qidalandırıcı əhəmiyyətinə görə yetişdirilir. Vətəni Cənubi və Mərkəzi Amerika, və Hindistandır. Hazırda bütün dünyada becərilir.

100 q 26-346 kkal
Tərkibində bitki proteini, kalsium, fosfor, kalium, dəmir, vitaminlərdən B1, B6, C, K vardır.

Qabıqlı yeyilir
İtalyanlar və fransızlar lobyanın lifsiz novünü yetişdirirlər. O, bütöv formada istehlak olunur- həm qabığı, həm də içərisində olan toxumları.

Qidalandırıcı toxumlar
Demək olar ki, hər bir lobya növü lifli qabıqlara malikdir və qida elementləri ilə zəngin toxumlarına görə yetişdirilir. Toxumlar qurudulur və həmin vəziyyətdə saxlanılır. Yeyilməmişdən az əvvəl suda isladılır və müxtəlif yeməklər hazırlanır.

Lobya, düyü, kartof
Lobya Amerika və Asiyanın tropik qurşaqlarında yabanı halda yetişir. Onun meyvəsi içində adətən bir neçə toxumlar olan qındır. Lobyanın müxtəlif çeşidləri və növləri becərilir və Asiyada düyü, Avropada kartof əhəmiyyətli olduğu kimi, Cənubi Amerikada da o, əhalinin əsas yeməyi hesab olunur.

Böyük lobya ailəsi
Lobyanın təxminən 200 növü vardır. Ən məşhurları: qabıqlı lobya (yaşıl və sarı), ağ lobya, qırmızı lobya, “Borlotti”, Meksika lobyası və s.

Lobya bitkisinin təxmini yaşı 8000 il hesab olunur. O, qarğıdalı və balqabaq ilə birgə Kolumba qədərki Amerikan mətbəxinin “3 bacısından” biri hesab olunur. Asteklər “ayakolt”, yəni lobyanı qarğıdalı ilə birgə əkirdilər ki, qarğıdalı dırmaşmaq üçün dirək rolunu oynayıb. Hazırda isə, lobya dünyada bitki proteinin ilkin mənbələrindəndir. Bütün mədəniyyətlərin mətbəxində rast gəlinə bilər. Lobyanın 30.000 növü vardır, onlardan 50-dən çoxu yetişdirilən sortlardır.
Etiketlər: lobya, olunur, hesab, Lobyanın, Lobya, vardır, qarğıdalı, Cənubi, toxumlar, Amerika, becərilir, Hazırda, yetişdirilir, müxtəlif, dünyada, kartof, birgə, bitki, olduğu, əhalinin
BİZİ İZLƏYİN