• Qabıqlı lobyalar

Reseptin məlumatları Baxış sayı: 2 662

Tarix : 28-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Uzunsov lobyalar, yaşıl və ya sarı, bir-birlərinə bağlıdırlar. Onların dadları və qida elementləri çox oxşardır.

100 qr uzunsov lobya – 24 kkal
Tərkibində fol turşusu, minerallar, fibra, sink, kalium, pro-vitamin A, vitamin C və E vardır.

Çox fərqli
Əlavə olaraq, hazırlanması (qabıqlı) onları digər növ lobyalardan fərqləndirir.

Gözəlliklə əhatələnmək
Tərkibində xeyli miqdarda C vitamin, pro vitamin A, B qrup vitaminləri, E vitamin, fol turşusu, minerallar və pəhriz fibrası vardır. C, A, E vitaminləri və sink azad radikallara qarşı efektivdir və bədənimizi sağlam və gənc görünüşlü edir.

Sağlam ürək
Uzunsov lobyadakı fibra, fol turşusu, maqnezium və kalium kombinasiyası infarkt riskini azaldır.

Gənc və zərif
Əvvəllər, yalnız toxumları yeyilirdi. Gənc lobya qabıqlarının istifadəsinə İtalyanlar tərəfindən başlanılmışdır. ( 17-ci əsrdə) . Onlar gənc lobyaları toplayarkən, hər 24 saatda nəzarət edirdilər ki, bitki tam yetişməsin. Zaman keçdikcə, əkinçilər Fransız lobyası adlanan nəfis qabıqlı lobya növləri yetişdirdilər.

Yağlı lobya
Sarı lobya Fransızlar tərəfindən rənginə və ağızda asanlıqla əridiyinə görə yağlı lobya adlanmışdır.

İdeal vücudunuz üçün
Sarı və yaşıl lobyalar yeyilə bilən qabıqlarına görə yetişdirilir. Onlar dietik mətbəxin əsas elementidir. Onlar digər lobyalar kimi proteinlə zəngin deyil, lakin daha çox vitamindən ibarətdirlər. Quru lobyalardan fərqli olaraq, onların tərkibində fibra azdır, həmçinin kalorisi aşağıdır və asanlıqla həzm olunurlar. Gəlin, uzunsov lobyalardan yeyək və vücudumuz onlara oxşasın.
Etiketlər: lobya, vitamin, lobyalardan, Onlar, turşusu, lobyalar, fibra, vardır, fərqli, digər, asanlıqla, vitaminləri, Uzunsov, tərəfindən, qabıqlı, olaraq, yaşıl, kalium, uzunsov, minerallar
BİZİ İZLƏYİN