• Mərəçüyüd

Reseptin məlumatları Baxış sayı: 3 364

Tarix : 5-10-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Yeməli cavan gövdələrinə görə əkilən çoxilli bitki.

100 qr mərəçüyüddə – 23 kilokalori

Tərkibi: çoxlu miqdarda A və C vitaminləri, dəmir, kalium, sink kimi dəyərli mikroelementlər, və həmçinin kifayət qədər sellüloza.

Cavan qalın
Yaşıl rəngli mərəçüyüd vaxtından əvvəl qocalmanın qarşısını alır – məhz bu səbəbdən o, Hollivud ulduzların sevimlı qidası hesab olunur. Mərəçüyüd asan həzm olunan, az kalorili tərəvəzdir. Dölün defektləri, yorğunluk və ürək xəstəliklərinin qarşısını alır.

Vəzifə: orqanizmdən artıq suyu rədd etmək
Mərəçüyüd sidik yollarında bakterial infeksiyalar və iltihablarlın müalicəsində istifadə olunan təbii sidikqovucudur. Mərəçüyud sidikqovucu tə’sirinə malik olduğuna görə həmçinin orqanizmdə suyun yığılması və şişlərin əmələ qəlməsi kimi fəsadlarla müşayiət olunan başqa xəstəliklərin müalicəsində də istifadə oluna bilər.

Mərəçüyüdü süfrəyə verın…
Yaxın vaxtlara qədər mərəçüyüddən hazırılanmış yeməklər yalnız imkanlı adamların qida rasionuna daxil olurdu. Aralıq dənizi mətbəxindən başqa, həmçinin şimali Avropa, Asiya və istifadə olunur. Mərəçüyüdü bişmiş halda, soyuq və ya isti halda yeyirlər..

„Üçrəngli bitki”
Mərəçüyüd yaşıl, açıq bənövşəyi və ya ağ rəngdə olur. Onların hamısi eyni bitki növlərinə aiddir, sadəcə olaraq müxtəlif işıq şəraitində bitir. Yaşıl mərəçüyüd parlaq gün şüalarında, ağ mərəçüyüd işıqsız torpaq təpələrində və bənövşəyi mərəçüyüd əsas hissəsi torpaqda qalaraq, demək olar ki, tam işıqsız şəraitdə bitir.

Dadın harmoniyası
Mərəçüyüd Aralıq dənizin hövzəsindən gəlir. Qədim Misirli və Yunanlılar onun yabanı növlərindən istifadə edirmiş, sonra isə Romalılar onu becərməyə başladılar. Mərəçüyüd afrodiziak və həmçinin müalicəvi bitki hesab olunurdu. Ondan sonra Renessansa qədər onun haqqında heç bir yazılar yox idi, və Renessans dövründə mərəçüyüd yenə becərilmyə başlandı. Mərəcüyüd Lyudovik XIV tərəfindən çox sevilirdi. 19-cu əsrə qədər mərəçüyüd yalnız varlıların süfrəsinə verilirdi.
Etiketlər: mərəçüyüd, Mərəçüyüd, qədər, istifadə, həmçinin, olunan, bitki, işıqsız, Yaşıl, başqa, sonra, olunur, bitir, müalicəsində, hesab, qarşısını, bənövşəyi, yalnız, Aralıq, halda
BİZİ İZLƏYİN