• Badımcan

Reseptin məlumatları Baxış sayı: 2 345

Tarix : 6-10-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Mülayim iqlimi sevən, uzunsov bənövşəyi meyvəsinə görə becərilən birillik bitki.

100 qr badımcan – 18 kkal
Badımcanın tərkibində lif, kalsium, kalium, fosfor, PP, A, B1, B2 vitaminləri var.

Ürəyə xeyri
O, qanda xolestrolun miqdarını azaldan tərəvəzlərdən biridir.

…və beyin işləyir
Badımcanın tərkibində beyin hüceyrələrini zədədən qoruyan antioksidantlar var. Antioksidantlar beyini azad radikallardan müdafiə edir, qidalandırıcı elementlərin hərəkətinə və toksinlərin kənarlaşdırılmasına kömək edir.

Gülümsə!
5-ci əsrdə Çində eleqant qadınların tünd gümüşü rəngdə dişlərə malik olması dəb idi. Bu rəngli dişləri badımcanın qabığını sürtməklə əldə edirdilər.

Şərqi növ
Hələ eramızdan əvvəl 5-ci əsrdə Çin və Hindistanda badımcan becərilirdi. Böyük karvanlar onları Şimali Afrikaya aparmış, oradan isə Ərəb istilaçıları ilə birlikdə İspaniyaya irəliləmişdir. Orta əsrlərdə ondan dekorativ bitki kimi istifadə edilmişdir, çünki həkimlər badımcanın hərarətə və epilepsiyaya səbəb olduğunu düşünürdü. Bir müddət sonra, badımcan Şərq və Aralıq dənizi mətbəxində ən vacib tərəvəz oldu.
Etiketlər: badımcan, Badımcanın, tərkibində, bitki, əsrdə, badımcanın, beyin, onları, karvanlar, Böyük, Şimali, istilaçıları, oradan, Afrikaya, aparmış, becərilirdi, Şərqi, qabığını, dişləri, rəngli
BİZİ İZLƏYİN