• Kokos yağı ilə bağlı 8 həqiqət

Reseptin məlumatları Baxış sayı: 6 853

Tarix : 8-10-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Kokos yağının ən az 8 möcüzəvi faydası mövcuddur.

Kokos yağı tərkibində olan faydalı yağ turşuları sayəsində sağlamlıq üçün olduqca faydalıdır. Araşdırmalar kokos yağının faydalarını bir-bir ortaya çıxarır. Kokos yağının son araşdırmalar nəticəsində məlum olan 8 vacib faydasını sizlərlə bölüşmək istədik.

1. Kokos yağı faydalı yağ turşularının bənzərsiz birləşməsi nəticəsində dərman təsiri yaradır.
Tərkibində olan doymuş yağlar səbəbindən əvvəllər kokos yağının zərərli olduğu düşünülürdü. Ancaq daha sonralar bu doymuş yağların ürək sağlamlığı üzərində hər hansı bir zərərinin olmadığı aparılan araşdırmalar nəticəsində sübut edildi. Kokosdakı yağ turşuları birbaşa qaraciyərə çatır, epilepsiya və ya alzheimer kimi beyin xəstəliklərinin qarşısını almağa köməkçi olan keton adındakı faydalı bir maddəyə çevrilir.

2. Kokos yağı daha çox enerji sərf etməyinizə səbəb olaraq yağ yandırmağınıza kömək edir.
Köklük hal-hazırda dünyadakı ən vacib sağlamlıq problemlərindən biridir. Kokos yağı yediyimiz zaman gündəlik enerji sərfiyyatı gündə 100-də 5 nisbətində sürətlənir. Bu da gündə 120 kcal daha artıq yağ yandırmağımız deməkdir.

3. Kokos yağından ən çox istifadə edənlər dünyadakı ən sağlam xalqlardır.
Dünyanın bir çox yerində kokosu günün ən vacib qidası kimi yeyən xalqlar var. Misal üçün Böyük Okeanda bir ada ölkəsində yaşayan Tokelau xalqı gündəlik kalori ehtiyacının 100-də 60-nı kokosdan alır və bu xalqda ürək xəstəliyinə rast gəlinməyib.

4. Kokosdakı laurik turşu bakteriya, göbələk və virusların qarşısını alır.
Kokos yağının tərkibindəki yağ turşularının 100-də 50-si laurik turşulardan ibarətdir. Kokos yağı bədəndə həzm olunduğu zaman bakteriyaları, göbələkləri öldürən monolaurinə çevrilir.

5. Kokos yağı insanı uzun müddət tox saxlayaraq daha az yeməyə kömək edir.
Yağın tərkibindəki turşular uzun müddət tox qalmağınıza kömək edir, beləcə yağ yandırmağınız daha da asanlaşır.

6. Xolesterol və ürək xəstəlikləri riskini azaldır.
Tərkibindəki doymuş yağ yaxşı xolesterolu artıraraq, ürək xəstəlikləri və infarkt riskini azaltmağa kömək edir.

7. Saçları gücləndirir və dərini qoruyur.
Araşdırmalar göstərir ki, kokos yağı saçları və dərini bir çox kosmetik məhsuldan daha yaxşı qoruyur. Kokos yağı təbii nəmləndiricidir. Eyni zamanda dərini günəşin zərərli təsirlərindən qoruyaraq, qoruyucu krem rolunu həyata keçirir.

8. Epilepsiya xəstələrində ürək getməsi hallarını azaldır.
Kokos yağı ilə qidalanmaq qandakı keton adındakı maddəni artıraraq, xüsusilə uşaqlarda rast gəlinən epilepsiyadan ürək getməsi hallarını azaldır.
Etiketlər: Kokos, yağının, kömək, nəticəsində, faydalı, vacib, yaxşı, doymuş, kokos, dərini, azaldır, riskini, Kokosdakı, zərərli, qoruyur, müddət, artıraraq, adındakı, zaman, gündəlik
BİZİ İZLƏYİN