• Qırmızı kələmin faydaları

Reseptin məlumatları Baxış sayı: 2 729

Tarix : 9-10-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Qırmızı kələm K vitamini ilə zəngin olması sayəsində beyin funksiyalarını işlədici və diqqəti artırıcı təsirə malikdir. Bu vitamin sinir sisteminin zərər görməsinin qarşısını alır və Alzheimer kimi xəstəliklərdən qorunmasını təmin edir.
Olduqca az kaloriyə sahib olduğu üçün bu bitki kökəlmək istəməyən insanların üstülük verdiyi qidadır.

Liflə zəngin olması da qırmızı kələmi pəhriz saxlayanlar üçün faydalı qida halına gətirir.

Alimlərin araşdırmalarına əsasən qırmızı kələmi çox yeyən insanların mədə, ağciyər, dəri, yoğun bağırsaq xərçənginə tutulma ehtimalı digərləri ilə müqayisədə daha aşağıdır.

Qırmızı kələmin bir digər faydası da gtoksinlərin bədəndən atılmasını sürətləndirməsidir. Məlumdur ki, gtoksinlər revmatizm, artrit, dəri xəstəlikləri və gut xəstəliklərinə səbəb olur.

İmmun sisteminə birbaşa təsir edərək onu gücləndirir və bədənin xəstəliklərə qarşı müqavimətini artırır.

Damarları genişləndirərək qan dövranını yaxşılaşdırır. Bunun sayəsində insanı ürək xəstəliklərindən və koronar xəstəliklərdən qoruyur.

Yumşaldıcı və həzm etdirici xüsusiyyəti ilə öskürəyə yaxşı təsir edir.

Baş ağrısına yaxşı təsir edir. Qırmızı kələmin yarpaqları ağrıyan başa kompres edilərsə, ağrını azaldar.

Kələmin toxumu bağırsaq qurdunu düşürür və sidikqovucudur.

Sızanaqlara yaxşı təsir edir.

Tərkibindəki antioksidant maddələr sayəsində katarakt və iflic keçirmək riskini azaldır.

Avropa ölkələrində kələm suyu mədə xorası üçün müalicə üsulu kimi istifadə olunur.

Qeyd: Qırmızı kələm yodun bədəndə sorulması prosesini zəiflədir. Buna görə də həftədə 3-4 dəfə kələm yeyən insanlar yod qəbul etməlidir. Yodlu duz istifadə edə və ya yodla zəngin qidaları qırmızı kələmlə birlikdə yeyə bilərsiniz.
Etiketlər: təsir, Qırmızı, kələm, yaxşı, sayəsində, qırmızı, zəngin, yeyən, kələmin, insanların, kələmi, bağırsaq, istifadə, xəstəliklərdən, olması, kompres, edilərsə, ağrıyan, artırır, yarpaqları
BİZİ İZLƏYİN