• Yaşıl çayın bilinməyən faydaları

Reseptin məlumatları Baxış sayı: 2 245

Tarix : 11-10-2017, 14:00

Bölmə : Faydalı bitkilər


arixi təxminən 5000 il əvvələ qədər gedən yaşıl çay ilə bağlı elmi araşdırmalar bundan ancaq 20 il əvvələ qədər gedib çıxır. Araşdırmalar davam etdikcə yaşıl çayın başqa faydalarının ortaya çıxdığı da məlumdur.

Tərkibində olan yüksək E vitamini ilə xolesterolu aşağı salır, ağız qoxusunun qarşısını alır, təzyiq və şəkəri tənzimləyir. Güclü antioksidant tərkibə malikdir. Xəstəliklərə səbəb olan sərbəst radikalların təmizlənməsini sürətləndirir, xərçəng hüceyrələrinin inkişafının qarşısını alır və qan damarlarını gücləndirir. Kofein, teobromin və teofilin kimi alkaloidlər sayəsində enerji verir. Yaşıl çay həmçinin siqaret istifadəsindən yaranan toksinlərin təsirini azaldır.

Yaşıl çaydan faydalana bilmək üçün düzgün dəmləmək, ac qarına, isti və şəkərsiz içmək lazımdır. İdeal bir dəmləmə üçün iki stəkan isti suya 3 qram çay əlavə edərək, 3 dəqiqə dəmləyin. 3 dəqiqədən çox saxlasanız, dadı qaça bilər.
Etiketlər: qarşısını, Yaşıl, qədər, yaşıl, əvvələ, siqaret, təsirini, həmçinin, istifadəsindən, verir, yaranan, toksinlərin, alkaloidlər, gücləndirir, damarlarını, inkişafının, Kofein, teobromin, sayəsində, azaldır
BİZİ İZLƏYİN