• Qreypfrutun faydaları

Reseptin məlumatları Baxış sayı: 2 631

Tarix : 16-10-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Qreypfrutun kalori dəyəri, enerjisi olduqca aşağı, su nisbəti isə çox yüksəkdir. Qreypfrutun tərkibində olan zəngin C vitamini immuniteti artırır, immun sistemini gücləndirir, dəmirin sovurulmasını asanlaşdırır, qan azlığının qarşısını alır. Kanseriogen maddələrin meydana gəlməsinə maneə olur.

Yaranın sağalmasını sürətləndirir. Bundan başqa xolesterolu azaldıcı təsiri də vardır. Qreypfrut B1 vitamini baxımından da yaxşı bir mənbədir. B1 vitamini, karbohidrat maddələr mübadiləsində də rolu vardır. Əzələ və sinir sistemində təsirlidir. B1 vitamini əzələləri gücləndirir, iştahı tarazlayır, mədə turşusunu nizamlayır, həzmi asanlaşdırır. B1 vitamini qreypfrutun içində olan niasin ilə birlikdə karbohidrat, zülal, yağ mübadiləsində əsas rol oynayan maddələr mübadiləsinə kömək edir. Xolesterolu salır.

Qreypfruta qırmızı rəngi verən piqment laykopen təbiətdəki ən güclü antioksidantlardan biridir. Laykopen eyni zamanda LDL xolesterol dediyimiz pis xasiyyətli xolesterolun nisbətini salır, ürək damar xəstəliyi, prostat və döş xərçəngində qoruyucu təsir göstərir. Qreypfrut həmçinin, sıx və keyfiyyətli lifə daxildir. Bu səbəbdən qreypfrut yedikdə maksimum fayda əldə edilir. Qreypfrutda olan lif növü bağırsağın işini istiqamətləndirir. Şəkərin sovurulmasını gecikdirdiyi üçün şəkər xəstələrinin qan şəkərini tarazlamaqda müsbət təsir göstərir. Xolesterolun sovurulmasını azaldır, öd daşı meydana gəlməsinə maneə olur.
Etiketlər: vitamini, sovurulmasını, mübadiləsində, maddələr, maneə, gəlməsinə, meydana, karbohidrat, salır, Qreypfrut, vardır, təsir, göstərir, gücləndirir, asanlaşdırır, Qreypfrutun, laykopen, təbiətdəki, güclü, piqment
BİZİ İZLƏYİN