• İtburnu (Rosa)

Reseptin məlumatları Baxış sayı: 2 373

Tarix : 2-07-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Bu cinsin 300 növündən Azərbaycanda 42 növ itburnu rast gəlinir ki, bunların 36-ı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır. Müalicəvi xüsusiyyətlərinə görə, itburnu hələ qədimdən təbabətdə özünə layiqli yer tutub. Tərkibi bioloji fəal maddələr, C, A, K, P vitaminləri, pektin maddəsi, mikroelementlərlə zəngin olduğundan, itburnu orqanizmdəki müxtəlif xəstəliklərlə mübarizə aparmağa qadirdir.

İtburnu qaraciyər və öd, böyrək, sidik yolları xəstəliklərində, orqanizmin immuniteti zəifləyən vaxt, ürək damar sistemi, infeksion xəstəliklər zamanı istifadə olunur. Qrip olanda itburnu meyvəsindən istifadə çox vacibdir. Həmçinin qan təzyiqinin aşağı salınmasında, ateresklerozun müalicəsində tətbiqi çox gözəl nəticələr verir. İtburnu sinir sistemini sakitləşdirir, yorğunluğu götürür. Tərkibindəki dəmir elementlərinə görə, qan azlığı olanlara çox müsbət təsir edir. Həkimlər xüsusilə uşaqlar üçün onun dəmləməsindən, şərbətindən istifadəni zəruri sayılır. Şəkərli diabet zamanı da bu bitkinin olduqca böyük faydasi var.
Etiketlər: itburnu, İtburnu, istifadə, zamanı, gözəl, tətbiqi, müalicəsində, nəticələr, sinir, sakitləşdirir, sistemini, ateresklerozun, verir, aşağı, olanda, olunur, xəstəliklər, meyvəsindən, vacibdir, yorğunluğu
BİZİ İZLƏYİN