• Yarpız (Mentha)

Reseptin məlumatları Baxış sayı: 4 792

Tarix : 5-03-2018, 18:00

Bölmə : Faydalı bitkilər


Bu cinsin dünya florasının tərkibində 25 növü yayılmışdır. Bunlara, əsasən Yer kurəsinin mulayim iqlim zonasında rast gəlmək olar. Belə ki, Qafqazda 8, o cümlədən Azərbaycanda 4 növü vardır. Su yarpızı, uzunyarpaq yarpız,istiot yarpızı, pulqar yarpızı. Yarpızın yabanı növlərinə «yarpız nanəsi» də deyilir. Xalq təbabətində daha çox istiot yarpızından istifadə olunur. Bu bitki sakitləşdirici, ödqovucu, ürək sancısı, revmatizm, vəba və s. xəstəliklərin müalicəsində effektlidir. Cövhəri ağızda əmələ gələn iylərin aradan qaldırılmasında işlədilir. Göstərilənlərdən başqa, cövhərindən hemoroid, kəskin başağrıları, təzə yarpaqlarını ağrıyan nahiyəyə düzməklə, ürəkbulanma, qusma, raxit, xənazir, sarılıq və s. xəstəliklərin müalicəsində istifadə edilir.

Yarpağından hazırlanan cövhərindən və caylardan mədə turşuluğunun artırılmasında, öd kisəsi ağrılarının qarşısının alınmasında işlədilir. Efir yağından dezinfeksiyaedici, təravətgətirici, müalicəvi çay, ətirli su, şirə və s. hazırlanır. Dəmləməsi böyrəklərdə, oynaqlarda, sidik yolunda duz, kirəc, daş olan xəstələrə, mədə-bağırsaq, sinə nahiyəsi ağrılarına yaxşı komək edir, qan dövranını tənzimləyir. Yuxusuzluq zamanı 10-15 gün (əgər müalicə yaxşı təsir edibsə) yatmazdan əvvəl yarpızı qaynadıb suyunda vanna qəbul etmək məsləhətdir.
Etiketlər: yarpızı, xəstəliklərin, müalicəsində, istiot, yaxşı, işlədilir, cövhərindən, istifadə, hazırlanır, qarşısının, alınmasında, yağından, təravətgətirici, müalicəvi, ətirli, dezinfeksiyaedici, kisəsi, xənazir, sarılıq, raxit
BİZİ İZLƏYİN