• Tülpan

Reseptin məlumatları Baxış sayı: 3 581

Tarix : 3-08-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Bu gözəl gülün ismi (tyurban) fars sözündən götürülmüşdür, tərcümədə “çalma”, “əmmamə” mənasını verir. Fikir versəniz gülün klassik formaları baş örtüyünü xatırladır.

Tülpan digər güllərindən fərqli olaraq Avropaya daha tez, XVI əsrin ortalarında gətirilmişdir. Bundan sonra isə o yavaş-yavaş Avrasiya ərazisində də yayılmağa başlayıbmış. Belə ki, müxtəlif yerlərdə onun düz 150 növ yabani formaları yayılmışdır. Tülpanın yayılması üzrə başlıca şərəf isə Mərkəzi Asiyaya düşür.

XVII əsrin ortalarında Hollandiyanı “Tülpan həyəcanı” bürümüşdü. Onlar o qədər məşhur və modda idilər ki, onların bir soğanağı sözün əsl mənasında qızıl çəkisi dəyərində imiş. Bir neçə saat ərzində bir tülpan soğanağı sayəsində misli görünməyəcək qədər varlana və ya əksinə, bütün var-dövlətini itirə bilərdin. Məsələn, rəvayət olunur ki, vaxtilə bir ağa var imiş. Bu ağa güc-bəla ilə nadir və çox qiymətli bir tülpan soğanağı almışdı. Lakin ağanın diqqətsizliyi ucbatından qulluqcu onu yeyibmiş. İndi o ağanın vəziyyətini təsəvvür edin hələ. İndi insan bütün var-dövlətini buna sərf edə və bir də görə ki, iflas oldu. İflaslıq çox üzücü olsa da, buna səbəb də çox gülünc oldu.
Etiketlər: soğanağı, qədər, əsrin, ağanın, yavaş, dövlətini, tülpan, bütün, formaları, ortalarında, gülün, misli, sayəsində, gülünc, ərzində, görünməyəcək, səbəb, əksinə, varlana, dəyərində
BİZİ İZLƏYİN