• Jasmin

Reseptin məlumatları Baxış sayı: 2 548

Tarix : 4-08-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Jasmin- bu da öz növbəsində gözəl və ətirli bir güldür. Bü gül gözəlliyi ilə yanaşı bir çox yerlərdə- məişətdə və tibbdə, faydalı şəkildə istifadə olunurmuş. Belə ki, Fransada bu gülün gövdəsindən fleyta və tütək düzəldərdilər. Çində isə onu çaya əlavə edirdilər; onunla gözləri yuyurdular; ondan özgürəyə qarşı əla bir sirop hazırlayırdılar. Hətta hesab edirdilər ki, o, qanı da təmizləyir. Jasmının çiçəkləri bal verən çiçəklərdir, onun cavan yarpaqlarından isə ədva kimi istifadə olunur.

Hindistanda Jasmini “sevginin ay işığı” adlandırardılar. Qızlar isə bu güldən bəzək və kosmetika vasitəsi kimi istifadə edirdilər. Belə ki, onlar bu gülübəzək əşyası kimi saçlarına taxardılar.

Bu gül haqqında qədim misirlilərin papiruslarında çox rast gəlmək olar. Əfsanəyə görə Ellinlər inaırdılar ki, jasmini insanlara Afina ilahəsi bağışlayıb.

Alimlərin qeydinə görə isə bu heyranedici gülün ətri beyni canlandırır, yaradıcılığı, orijinal ideyaları stimullaşdırır.
Etiketlər: edirdilər, istifadə, gülün, saçlarına, əşyası, haqqında, misirlilərin, qədim, gülübəzək, taxardılar, onlar, adlandırardılar, işığı”, Jasmini, Qızlar, güldən, vasitəsi, kosmetika, bəzək
BİZİ İZLƏYİN