• Çiyələk

Reseptin məlumatları Baxış sayı: 2 613

Tarix : 8-08-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Çiyələk qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Quba,Xaçmaz, Qusar,Qonaqkənd,Şəki, Zaqatala,Şuşa, Kəlbəcər,Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur.Çiyələk orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır,həzmi asanlaşdırır.
Meşə çiyələyinin tərkibində qlükoza,saxaroza şəkərləri,aşı maddələri,C vitamini karotini,pektin maddələri,dəmir duzları,efir yağı var.

Yarpaqlarında isə 250-280mq% C vitamini,2-3%-ə qədər aşı maddəsi, üzvi turşular vardır.

Çiyələyin qurudulmuş yarpaqlarını moruq meyvəsilə ilə birlikdə çay kimi dəmləyib,sooyuqdəymədən baş verən xəstəliklər zamanı istifadə olunur.Təzə dərilmiş meyvələrinin şirələrindən isə dietik vasitə kimi də istifadə olunur.

Qurudulmuş meyvələrindən və yarpaqlarından,öd yolları xəstəliklərində öd qovucu,böyrəkdə daş əmələ gəlmə zamanı daşı salmaq məqsədilə,eləcə də podaqra və uşaqlıq qanaxmaları zamanı qankəsici və şəfaverici dərman kimi istifadə edilir.
Xalq təbabətində təzə toplanmış çiyələk meyvələrinin şirəsindən yəni 1q şirəni 10 q suda həll etməklə "çiyələk suyu" hazırlayıb,körpə uşaqlarda baş verən sidik ifrazı çətinliyində sidikqovucu kimi işlədilir.Bununla yanaşı diabet xəstəliyində də çiyələk şirəsindən istifadə olunur.

Ümumiyyətlə,çiyələyin təzə dərilmiş meyvələri və ondan hazırlanan şirə,mürəbbə,sinqa raxit və digər avitaminoz xəstəliklərinin müalicəsində son dərəcə faydalıdır.

A, B və C vitaminləri, həmçinin kalsium, dəmir və fosfor kimi minerallarla zəngin olan çiyələk xərçəng xəstəliyinə qarşı çox faydalıdır. İmmunitet sistemini gücləndirir, qida dəyəri yüksəkdir, uşaqlarda iflic xəstəliyinə, ağız və dəri yaralarına səbəb olan bəzi virusları öldürür. Çiyələk dəridəki səpkiləri müalicə edir, sidikqovucudur, revmatizm ağrılarına qarşı təsirlidir. Sinirləri qüvvətləndirir, bağırsaq qurdlarını tökür, qızdırmanı aşağı salır. Ancaq çox güclü qida olduğu üçün bəzən allergiyaya səbəb olur.
Çiyələk alarkən canlı, qırmızı rəngli və ləkəsiz olanları seçin. Alan kimi saxlamadan istifadə edin. Soyuducuda 1-2 gün saxlayacaqsınızsa, saplaqlarını qoparmayın və yumadan geniş bir qaba qoyun. Təzə çiyələkdən tort, mürəbbə, marmelad, kompot, şirə və dondurma hazırlayıb, süfrəyə verə bilərsiniz.
Etiketlər: istifadə, Çiyələk, çiyələk, olunur, zamanı, vitamini, dərilmiş, dəmir, verən, meyvələrinin, şirəsindən, qarşı, səbəb, xəstəliyinə, faydalıdır, hazırlayıb, mürəbbə, maddələri, uşaqlarda, gücləndirir
BİZİ İZLƏYİN