• Alça

Reseptin məlumatları Baxış sayı: 3 076

Tarix : 11-08-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Alça (Yrossularia Rectinata Z.)daşdələn (Saxifragaceae) fəsiləsindəndir.Kol bitkisi olub,tikanlı qol-budaqlara malikdir.Alçanın bu növü rus alçası adlanır.Rus alçası yabanı halda Quba və Füzuli rayonlarında-orta və yuxarı dağ qurşağlarındakı kolluqlarda,daşlıq və qayalıqlarda rast gəlinir.
Tərkibində bir sıra müalicəvi əhəmiyyətli maddələr vardır.Bunlardan C vitamini (150-200 mq%),karotin (10-16 mq%),şəkər (8,2-9%),üzvi turşular (1,5-2%),pektin maddələri (0,88%) və s.
Xalq təbabətində təzə toplanmış meyvələrinin şirəsindən xroniki mədə bağırsaq xəstəliklərində,qəbizlikdə zəif işlətmə,eləcə də böyrəklərdə daş yığılan zaman daşsalıcı və sidikqovucu dərman kimi işlədilir.Bundan başqa qurudulmuş meyvələrindən çay hazırlanıb,soyuqdəymələrdə tərlədici dərman kimi,təzə meyvələrindən isə şəkər xəstəliyində istifadə olunur.
Etiketlər: dərman, meyvələrindən, alçası, şəkər, işlətmə, qəbizlikdə, eləcə, böyrəklərdə, zaman, yığılan, xəstəliklərində, bağırsaq, toplanmış, təbabətində, meyvələrinin, şirəsindən, xroniki, daşsalıcı, sidikqovucu, tərlədici
BİZİ İZLƏYİN