• Üzüm-Vitis Viniferaz

Reseptin məlumatları Baxış sayı: 640

Tarix : 17.08.2017, 14:00

Bölmə : Faydalı bitkilər




Bu bitki üzüm (Vitaceae) fəsiləsindən olub çox faydalı bə qiymətli bitkidir.Ona görə də o dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir.Üzümdən hazırlanan kişmiş,şərbət , xoş ətirli doşab çox faydalıdır.Müəyyən edilmişdir ki,üzümün şirəsində bir sıra müalicəvi maddələr vardır.Bunlardan şəkəri (qlükoza,fruktoza,saxaroza),üzvi turşular (limon,alma,çaxır,solisil) dəmir duzlarını,kalium permanqanatı,C və B qrupu vitaminləri,karotin,aşı,boyayıcı və pektin maddələrini göstərmək olar.Üzüm tənəyinin yarpağı da çox faydalıdır.Onun tərkibində çoxlu miqdarda C vitamini,karotin,aşı maddəsi üzvi turşular və s vardır.

Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində,tənəffüs yolları iltihabında,mədə-bağırsaq,qaraciyər,öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir.

Üzümdən hazırlanan bəkməz və ya doşab qanazlığında ümumi zəiflikdə çox faydalı qüvvətverici vasitədir.Üzüm qorasından hazırlanan "abqora" isə diabet xəstəliyinin ilk dövründə çox yaxşı təsir göstərir.O susuzluğun qarşısını almaqla yanşı,xəstənin qısa müddətdə sağalmasını təmin edir.Qurudulmuş üzüm gilələri də qanazlığında çox xeyirlidir.

Etiketlər: hazırlanan, turşular, faydalıdır, doşab, qanazlığında, xeyirlidir, xəstəliklərində, karotin, yolları, Üzümdən, vardır, faydalı, iltihabında, tənəffüs, bağırsaq, qaraciyər, bəkməz, təmin, böyrək, Qurudulmuş
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN