• Zəfəran haqqında bilmədiklərimiz

Reseptin məlumatları Baxış sayı: 3 607

Tarix : 3-03-2018, 18:00

Bölmə : Faydalı bitkilər


Zəfəran Crocus Sativus-zanbaq (Ziliaceae) fəsiləsindəndir.Zəfəran bitkisinin cinsi adı yunan sözü "Krokus-saplar" (dişi şişəklərinə görə verilmişdir),növ adı -latın sözü "sativus" əkilən deməkdir.

Hələ eramızdan çox əvvəl İran,Vavilon,Midiya hökmdarları zəfərandan ayaqqabılarını sarı rəngə boyamaq üçün təbii boyaq kimi işlətmişlər.Tarixi məlumata görə dünyanın çox ölkələrini zəfəranla tanış edən İran olmuşdur.
Məlumdur ki,zəfəran bitkisinin ancaq dişicik çiçəklərindən istifadə edirlər.Hesablama nəticəsində müəyən edilmişdir ki, 1 kq zəfəran saçağı əldə etmək üçün 200 minə qədər çiçək toplamaq lazımdır.

Zəfəranın tərkibi əsasən iki təsiredici maddədən ibarətdir.Bu pikrokrosin və krosindi.
Pikrokrosin rəngsiz halda acı və rəngsiz maddədir.Krosin sarı rəngdə maddədir.O spirtdə və suda yaxşı həll olur.Krosin zəfəranın boyayıcı maddəsi hesab olunur.
Zəfərandan məlum olduğu kimi,yeyinti sənayesində geniş istifadə edilir.Elmi təbabətdən isə ondan cövhər şəklində,eləcə də tiryək damcısının tərkibində, mədə bağırsaq xəstəliklərinin müalicəsində sakitləşdirici və ağrıkəsici dərman kimi istifadə olunur.
Xalq təbabətində zəfərandan zəiflikdə və sinir sisteminin yorğunluğunda orqanizmin fəaliyyətini artıran qüvvətverici maddə kimi işlədilir.
Zəfərandan Azərbaycan xörəklərinə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranli aş", "Zəfəranlı piti" adlanan Azərbaycan xörəkləri çoxumuza məlumdur.
Etiketlər: istifadə, olunur, zəfərandan, zəfəran, rəngsiz, Azərbaycan, Zəfərandan, Zəfəran, Krosin, maddədir, bitkisinin, halda, tiryək, edilir, təbabətdən, ondan, eləcə, geniş, cövhər, şəklində
BİZİ İZLƏYİN