• Zeytun haqda

Reseptin məlumatları Baxış sayı: 422

Tarix : 11.09.2017, 14:00

Bölmə : Faydalı bitkilər


Qədim əfsanələrə görə, yunanlar bu bitkini bilik və ağıl rəmzi kimi qiymətləndirirdilər. İslam dinində isə zeytun ağacını müqəddəs sayıb, ona and içərmişlər. Deyilənə görə, zeytun ağacı 300-400 il yaşayır. Onun vətəni Kiçik Asiya və Yunanıstan hesab olunur. Azərbaycanda isə əsasən Abşeronda yetişdirilir.
Yetişmiş zeytun həzmə kömək edir, mədəni qüvvətləndirir. Duza qoyulmuş zeytunu çox yemək isə insanı arıqladır, yuxusuzluq gətirir. Zeytunun yarpaqlarının qaynadılmış suyu və şirəsi qan təzyiqini və bədən hərarətini aşağı salmaq üçün, həmçinin, qanaxma zamanı imalə kimi istifadə edilir.
Zeytundan alınmış yağ isə bitki yağları içərisində ən qiymətlilərindən biri hesab olunur. Doymamış yağ turşuları və bir çox faydalı maddələrlə zəngin olan zeytun yağı mədəyə yumşaldıcı təsir göstərir, öddaşı, qaraciyər, böyrək xəstəliklərində olduqca xeyirli qida maddəsi hesab olunur. Onunla öd yollarının təmizlənməsi məqsədilə dübaj etmək, imalə etmək, əzələ ağrıları zamanı bədəni ovuşdurmaq məsləhət görülür. E vitamini ilə zəngin olan və ateroskleroza qarşı ən effektiv vasitələrdən biri olan zeytun yağını gündəlik qida rasionuna daxil etməyi unutmayın.
Zeytunun tərkibində hüceyrələrin membranını möhkəmləndirən kompleks birləşmələr var. Buna görə də yeyilən hər bir zeytun ürək-damar sisteminə, qaraciyər və həzm orqanlarının fəaliyyətinə müsbət təsir edir. Dietoloqlar məsləhət görürlər ki, bağırsaqları təmizləmək və öd kisəsində xırda daşlar əmələ gəlməsindən azad olmaq istəyirsinizsə, hər gün bir neçə zeytunu tumu ilə birlikdə udun. Bu, həm də yaşlı adamlar üçün də faydalıdır: sümük toxumasını və qaraciyərin işini yaxşılaşdırır. Zeytun yağı işlətdiyimiz bitki yağlarının ən faydalısıdır. Digər yağlardan fərqli olaraq, zeytun yağı qızırıldıqda kanserogen maddələr ifraz etmirlər. Zeytunun özü və yağı duzların və yağların mənimsənilməsinə kömək edir. Ona görə də bədən çəkisinin azaldılması üçün məsləhət görülür. Arıqlamaq istəyənlərə hər səhər 1 ç. qaşığı zeytun yağı içmək və ya 10-12 zeytun yemək məsləhət görülür.

Hazırladı S.Aytən

Etiketlər: zeytun, məsləhət, Zeytunun, hesab, olunur, görülür, qaraciyər, təsir, zeytunu, yemək, bitki, zəngin, etmək, kömək, bədən, zamanı, imalə, müsbət, orqanlarının, fəaliyyətinə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica