• Kokosun faydaları

Reseptin məlumatları Baxış sayı: 3 063

Tarix : 7-11-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Dünyanın ən böyük qozu-kokos hesab olunur. Bir kokosun çəkisi 4 kiloqrama qədər ola bilər. Gözəl dadından əlavə, kokosun tərkibində B vitamini, makro və mikro elementlərdə vardır. Kokos mədə bağırsaq yoluna, imunitetə, görmə qabilyyətinə və tiroid vəzinə çox xeyirdir.

Hindistan qozunun (kokosun) həm südünün, həm də suyunun tərkibinin, steroid olmayan iltihab önləyici dərmanlardan qaynaqlandığı və mukozal ereksiyaya qarşı xora önləyici xüsusiyyətlərə sahib olduğu bildirilir. Həmçinin bu meyvə həzm sistemi narahatlıqlarının müalicəsində təsirli hesab olunur. Qəbzlik, kolit, mədə xorası, qusma, qaz kimi narahatlıqlara qarşı effektlidir.

Qurudulmuş hindistan qozunun enerji dəyəri olduqca yüksək olduğundan bu meyvə doyurucu və mükəmməl qidalandırma funksiyasına görə fərqlənir. İnsan bədənini gücləndirməklə bərabər, kökəldici xüsusiyyətə də malikdir. Tərkibində yüksək nisbətdə lakin asanca həzm olunan yağ, amin turşuları və yüksək keyfiyyətdə zülal vardır. Kalium, natrium, maqnezium, və kükürd baxımından isə olduqca zəngin qida hesab olunur.

Quru kokosun (hind qozu) mədədə olan turşu problemlərinin müalicəsində təsirlidir. Həmin xəstələrə rahatlıq verir. Qusmanı yatırmaq üçün digər metodlardan əlavə, kokosdan da istifadə edilə bilər.

Kokos həm də yaddaşı gücləndirməyə və bərpa etməyə kömək edir. Tədqiqatçıların sözlərinə görə, kokos yağı beyni qidalandırır. Başqa bir araşdırmanın nəticələri isə göstərib ki, kokosun tərkibində olan yağlar qara ciyəri toksinlərdən qoruyur, ağciyərlərə, böyrəklərə kömək edir, cinsiyyət funksiyasını yaxşılaşdırır, iltihabi proseslərin və ürək xəstəliklərinin konsentrasiyasını aşağı salır.
Etiketlər: kokosun, olunur, hesab, yüksək, vardır, kömək, müalicəsində, Kokos, olduqca, qozunun, kokos, tərkibində, önləyici, əlavə, qarşı, bilər, meyvə, yatırmaq, təsirlidir, problemlərinin
BİZİ İZLƏYİN