• Feyxoa haqda bilmədiklərimiz

Reseptin məlumatları Baxış sayı: 2 496

Tarix : 13-11-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Feyxoa — subtropik zonada yetişən ekzotik meyvədir.

Xeyirli və ziyanlı xüsusiyyətləri onun tərkib hissəsindən asılıdır. Onun azkalorili meyvə olduğuna baxmayaraq( təxmini olaraq 100 qr — 50 kkal),bu meyvəni çox yedikdə yodun normasının həddən artıq çoxalmasına gətirə bilər.

Feyxoanın xeyiri haqda:
Bu meyvə — təbii yodun mənbəyidir. Bu element, qalxanvari vəzin disfunksiyası halında ona çox yaxşı təsir göstərir. Dəmirin, feyxoanın tərkibində su ilə qatışıq halda olması, orqanizm tərəfindən çox yaxşı mənimsənilməsinin təmin edir.

Feyxoanın mineral tərkibi də çox zəngindir. Kaliy, maqniy, dəmir, fosfor, və sink elementləri ilə zəngin olan bu meyvə, orqanizm üçün vacib olan mikroelementlər mənbəyidir.

Vitaminlərə gəldikdə, bu meyvədə insan orqanizmi üçün lazım olan bütün vitaminlər toplanmışdır. Xüsusi ilə C vitamini qeyd edildiyindən, bu meyvə, qrip epidemiyası zamanı yaxşı köməkçi sayılır. Bu məhsulla immun sistemi möhkəmləndirmək mümkündür.

Meyvənin ətinin tərkibində pektin var, o,isə yüngül qarın işlətmə effektinə malikdir. Bu meyvənin həzm sisteminə də xoş təsir etməsindən xəbər verir. Qabığında isə aşılayıcı maddələr vardır. Onu qurudub, əzilmiş halda qarın işləməsi zamanı yeməkdən əvvəl yarım stəkan içmək lazımdır: 1 x/q qurudulmuş və əzilmiş feyxua qabığına, 1 st. qaynar su əlavə etmək.

Meyvənin qabığı, katexin və leykoantosian antioksidantları ilə zəngindir. Onlar orqanizmin cavanlaşmasına səbəb olmaqla bərabər, yeni əmələ gəlmiş şişlərin profilaktikası üçün yaxşı vasitə sayılır. Belə ki, feyxoanın qabığını təmizləmədən yeməyin xeyiri var.

Tərkibində efir yağları, dəmir və vitaminlərin olması, depressiya, əzginlik və güc azlığı kimi hallar üçün, onu əvəzedilməz vasitə edir.

Feyxoa həmçinin, qastrit, ateroskleroz, anemiya və vitamin çatışmazlığı hallarında kömək edə bilir.

Kimlər üçün ziyan ola bilər:
Təkibində yod çox olduğundan, hiperteriozu olan insanlar üçün(qalxanvari vəz funksiyası yüksək olan) təhlükəli ola bilər. Qalxanvari vəzin hiperfunksiyasını ağırlaşmaması üçün, feyxuadan ümumiyyətlə imtina etmək məsləhətdir.

Yod normadan çox olduqda: yüksək sinir gərginliyi, yorğunluq, ürəkdöyünmə və dəyişən hərarət kimi hallara gətirə bilir.

Bu məhsul, həmçinin şəkər xəstələri üçün əks göstərişlidir. Buna səbəb meyvənin tərkibində saxarozanın çox olmasıdır. Tərkibində pektinin yüksək miqdarda olması, bu xüsusiyyəti tarzlaya bilməsi kimi, fikirlərin olmasına baxmayaraq, həkimlə məsləhətləşmək yaxşı olardı.

Sonda isə unutmayın ki, bir çox sitrus meyvələrinin allergik reaksiya verə bildiyi kimi, feyxoa da allaergiyaya səbə ola bilər. Bu səbəbdən, meyvəni ilk olaraq az yeyin ki, orqanizmin onu necə qəbul etdiyini yoxlaya biləsiniz.
Etiketlər: yaxşı, meyvə, bilər, olması, tərkibində, yüksək, həmçinin, feyxoanın, qalxanvari, Feyxoanın, xeyiri, mənbəyidir, təsir, halda, Meyvənin, bilir, sayılır, zamanı, dəmir, zəngindir
BİZİ İZLƏYİN