• Qarpızın müalicəvi və xeyirli xüsusiyyətləri

Reseptin məlumatları Baxış sayı: 369

Tarix : 15.05.2018, 18:00

Bölmə : Faydalı bitkilər


Hər birimizin çox sevdiyi bu yay məhsulu, PP, C, D, B1, B2, B6 vitaminləri, dəmir, mis, sink, kaliy, fosfor kalsiy duzları və fol turşusu ilə çox zəngindir.

Tərkibində olan bütün vitamin və mikroelement bazası, qaraciyərdə mübadilə prosesini stimullaşdırır, ödün tərkibini yaxşılaşdırır, öd kisəsi və kanalda daşların əmələ gəlməsinin qarşısını alır. Məhz bu səbəbdən qarpız, xroniki hepatit və xolesistit zamanı istifadə olunur.

Tərkibində olan dəmir duzlarının miqadarına görə yalnız ispanaq və kahı yarpaqlarından geri qalır. Fol turşusunu miqdarına görə isə birinici yeri tutur. Fol turşusu isə — qan istehsalı üçün və orqanizmdə baş verən müxtəlif biokimyəvi reaksiyalar üçün çox lazımlıdır. Buna görə qan azlığı və dəmir defisitli anemiya zamanı qarpız tövsiyə olunur.

Bundan əlavə qarpız- güclü sidkqovucu vasitədir. Buna səbəb kaliy duzlarıdır ki, onlar qarpızın tərkibində banan və portağaldan daha çoxdur. Bu həmçinin böyrəkdən, sidik kisəsi və sidik axarından daşların çıxarılması və parçalanmasına və həmçinin sistitin müalicəsində kömək edir.

Bu meyvənin ətində olan selülloz,zəhərlənmə prosesində bağırsaqlarda yaranan toksinləri özünə hopduraraq, bağırsaq mikroflorasını yaxşılaşdırır.

Tərkibində olan likopin — isə xərçəng hüceyrələrinin müxtəlif növləri ilə mübarizə aparır. Bunlara: qida borusu xərçəngi, prostat, mədə, süd vəziləri, mədəaltı vəz vəs.

Qarpızın tumları həmçini çox xeyirli sayılır. Belə ki, tərkibndə 20-25% yağ olur. Məhz onlardan qarpız yağı hazırlanır. Müalicəvi xüsusiyyətinə görə badam yağından geri qalmır, dadı görə isə zeytun yağına çox bənzəyir.

Bu meyvənin qabığı da xeyirli hesab olunur. Onun tərkbi vitamin və müxtəlif amin turşuları iə zəngindir.

Qarpızdan həmçinin pektin əldə olunur. Pektin isə orqanizmdən toksik maddələrin, duzların və ağır metalların çixarılmasında istifadə olunur. BUna görə də, qarpız, cərrahi əməliyyatlardan sonra xəstələrə məsləhət görülür. Xüsusilə narkoz altında keçirilən əməliyyatlarda.

Qarpızın tumları həmçinin qurdqovucu təsirə malikdirlər. Müxtəlif parazitlərin müalicəsi və profilaktikasında geniş istifadə olunur.

Yalnız meteorizmdən əziyyət çəkənlər və şəkər xəstələri üçün qarpız məsləhət görülmür.

Sonda isə unutmayın, hər bir meyvəni yalnız öz mövsümündə yedikdə sadaladığımız xeyirli xüsusiyyətlərindən yararlanmaq mümkündür.

Etiketlər: olunur, qarpız, həmçinin, istifadə, Tərkibində, müxtəlif, dəmir, xeyirli, Qarpızın, kisəsi, zamanı, daşların, meyvənin, yaxşılaşdırır, yalnız, sidik, tumları, məsləhət, kaliy, vitamin
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica