• Vitamin "anbarı"

Reseptin məlumatları Baxış sayı: 2 042

Tarix : 21-11-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Qara tut kalsium, C, B1, B2 vitaminləri ilə zəngin dadlı bir meyvədir.
Təzə sıxılmış qara tut suyu halsızlıq, yorğunluq və qocalmanın qarşısını almaq üçün xeyirlidir.

Qara tut özünü həmişə yorğun hiss edən, ya da yüngül fiziki hərəkətlə məşğul olduqdan sonra tez yorulan insanlar üçün tam bir vitamin «anbarıdır». Hər gün balaca kasa həcmində qara tut yeyən insan özünü hər zaman gümrah hiss edəcək.

Qara tutun eyni zamanda immunitet sisteminin güclənməsində də xeyri var. Gec yaşlanmaq istəyən qadınlar qara tutdan istifadə etməlidilər.

Bu meyvə üz qırışlarının yox edilməsində əhəmiyyətli təsirə malikdir. Bağırsaq qurdları problemi yaşayan insanlar hər gün ac qarına 1 stəkan həcmində qara tut yeməklə qurdlarının tökülməsinə nail ola bilərlər.

Qəbizlik problemi olan insanlar üçün də bu meyvə xeyirlidir. Bir çox vitaminlə zəngin olmaqla yanaşı qanın təmizlənməsinə də kömək edən qara tut həkimlər tərəfindən anemiya xəstələrinə məsləhət görülür.
Etiketlər: insanlar, meyvə, həcmində, xeyirlidir, özünü, problemi, zəngin, malikdir, Bağırsaq, qurdları, qarına, yaşayan, təsirə, istifadə, tutdan, qadınlar, etməlidilər, qırışlarının, əhəmiyyətli, edilməsində
BİZİ İZLƏYİN