• Əhvalı qaldıran dadlı meyvə | Kokos

Reseptin məlumatları Baxış sayı: 2 352

Tarix : 15-12-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Tədqiqatçıların sözlərinə görə, hind qozu yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Doğrudur, mütəxəssislər nəticələrin hələ ilkin olduğunu qeyd edirlər. Lakin bir məsələ dəqiqdir ki, qısa müddətli olsa da, demensiyalı xəstələrin vəziyyəti yaxşılaşır.

Diyetoloq Piter Klifton bildirir ki, onların Alzeymer xəstəliyindən əziyyət çəkən adamlarla apardıqları araşdırmalar göstərib ki, hind qozu yağı adamlara onların kim olduqlarını xatırlamaq və əslində normal nitqi saxlamaq imkanı verir. Bu müvəqqəti effekt olsa da, valehedicidir.

Alimlər əhvalı yaxşılaşdırmaq üçün hər gün cəmi 30 qram hind qozu yağı qəbul etməyi tövsiyə edirlər. Digər araşdırmanın nəticələri isə göstərir ki, bu yağın tərkibində olan yağlar qara ciyəri toksinlərdən qoruyur, ağciyərlərə, böyrəklərə kömək edir, cinsiyyət funksiyasını yaxşılaşdırır, iltihabi proseslərin və ürək xəstəliklərinin konsentrasiyasını aşağı salır.

Müəllif: Fidan Süleymanova
Etiketlər: onların, edirlər, əhvalı, Alimlər, valehedicidir, effekt, yaxşılaşdırmaq, qəbul, Digər, tövsiyə, etməyi, müvəqqəti, salır, əslində, xatırlamaq, olduqlarını, normal, nitqi, verir, imkanı
BİZİ İZLƏYİN