• Qüvvət verən qidalar

Reseptin məlumatları Baxış sayı: 126

Tarix : 18.12.2017, 14:00

Bölmə : Faydalı bitkilər


Tut
Dəmir baxımından çox zəngin, sidik qovucudur, bağırsaq qurdlarını salır. Yalnız tut meyvəsinin deyil, yarpaqlarının da bu xüsusiyyəti var. Yarpaqların bir başqa əhəmiyyətli xüsusiyyəti isə qanamağı dayandırmasıdır.

Ağ tutun faydaları:
Bədənə qüvvət verir, qan artırır.
Ağız, boğaz iltihabı, diş əti xəstəlikləri və öskürəyə qarşı faydalıdır.
Temperaturu aşağı salar.
Qaraciyəri qüvvətləndirir.
Mədə və bağırsaqların işinə kömək edir.
Xüsusilə yeməklə birlikdə yeyəndə həzmi asanlaşdırır.
Ac qarnına yeyilən ağ tut bağırsaq qurdlarını salır.

Quru tutun faydaları:
Quru tut isə ağız və boğaz iltihablarında möcüzəvi təsir göstərir.
Tut hansı şəkildə yeyilsə də yaxşı qan artırandır.
Kökəldir və iştah açır.

Çiyələk:
Xüsusilə dəri üçün çox faydalı və böyrək iltihabına qarşı çox təsirlidir.

Faydaları:
*Çiyələk bədənə qüvvət verir.
*Xolesterolu salır.
*Eyni zamanda çox yaxşı bir antioksidant olan çiyələk immunitet sistemini gücləndirir. Xərçəngə qarşı qoruyucudur.
*Həzm sisteminin nizamlı işinə çox faydalıdır. Bağırsaq qurdlarını tökür.
*Qanı təmizləyir.
*Diş ətlərini gücləndirir və ağız qoxusunu aradan qaldırır.
*Sakitləşdirici təsiri ilə təzyiqi salır və stressi azaldır.
*Romatizm və qaraciyər narahatlıqlarına yaxşı təsir edir.
*Dərini nəmləndirir, təzəlik və gözəllik verir.

Böyürtkən
Dəri cavanlaşdırıcı xüsusiyyəti var. Böyürtkən yaddaş itkisindən, daşa qədər bir çox xəstəliyə yaxşı təsir edir. Yarpaqları qaynadılsa, yaraları yaxşılaşdırmada bənzərsiz bir dərmandır.

Faydaları:
— Ayaqlardakı şişləri yox edər.
— Yüksək təzyiqi salar.
— Gözlərdəki zəifliyi aradan qaldırar.
— Daşların düşməsinə köməkçi olar.
— Ağız, dil, diş əti üçün faydalıdır.
— Kökü qaynadılıb, suyu içilsə qandakı şəkər miqdarını salar.

Hazırladı: Ruhəngiz Əsgərova

Etiketlər: salır, yaxşı, xüsusiyyəti, verir, qurdlarını, qarşı, faydalıdır, təsir, salar, qüvvət, Böyürtkən, Xüsusilə, faydaları, boğaz, tutun, təzyiqi, işinə, Çiyələk, gücləndirir, Faydaları
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica