• Dazıotu

Reseptin məlumatları Baxış sayı: 3 084

Tarix : 28-12-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Dazıotu latin mənşəli termin olub tərcümədə «süpürgə kolu arasında bitən» deməkdir. Bu, dazıotunun məskunlaşdığı yer ilə əlaqədardır. Dazıotunun müalicəvi xassələri haqqında qədim dövrün məşhur təbiətşünasları Hippokrat, Pliniy və Dioskoroid elmi əsərlərində bəhs edirdilər. Əsrin ortalarında dazıotu ilə çoxsaylı xəstəlikləri daxili və xarici qəbuletmə üsulları ilə müalicə edir, dazıotunun çaxır ilə qarışdırılmış
məhlulunu vəba xəstəliyindən qoruyucu vasitə kimi qəbul edirdilər. Qədim dövrlərdə Rusiya və Avropada dazıotu sehrli qüvvəyə malik bitki hesab olunurdu. Dazıotu şər qüvvələri qovan, cadugəriərdən və kabuslardan müdaflə olunma vasitəsi də hesab edilirdi. Bunun səbəbi isə, çox güman ki, onun çiçək açması zamanı qanı xatırladan al qırmızı şirə ifraz etməsidir. İnsanlar bu şirənin Müqəddəs Məryəmin qanı olduğunu güman edərək, bitkini Məryəmin göz yaşları adlandırırdılar. Dazıotunun xalq arasında geniş yayılmış digər adları da vardır: Xvoroboy, giperikum, 99 xəstəliyin məlhəmi və s.

SUPER IMKANLARI
Hypеricum pеrforatum-daziotuDazıotu — ən qiymətli dərman bitkisi, əsl təbiət aptekidir. Onun tərkibi efir yağından (0,1%) ibarətdir. Efir yağı tərkibinə isə terpenlər, seskviterpenlər, izovaleryan turşulu mürəkkəb efırlər, aşılayıcı maddələr (10%), seril spirti, holin, alkoloidlər, karotin (56%-ə qədər), vitaminlər, qətran, nikotin turşusu daxildir. Bütün bunlardan savayı, hiperozid, rutin, kversitrin, kversetin kimi flavonoidlər də ifraz olunurlar. Bu xammal askorbin turşusu və molibden, selen, kadmium kimi kimyəvi elementlərdən ibarət olan manqanı toplayır.
Dazıotu gözəl antiseptik və antioksidant olub, büzüşdürücü, tənzimləyici xassələrə, iltihablı proseslər ilə qıcıqlanma hallarını aradan qaldırmaq qabiliyyətinə malikdir. Dazıotu məhlulu qan dövranı ilə piy vəzilərinin ifrazat funksiyasını stimullaşdıraraq, yağ tarazlığını normallaşdıraraq, saçların kökünü möhkəmləndirib, başın dəri hüceyrələrinin qidalanmasını gücləndirir. Bitkinin müalicəvi komponentləri saçı müdafiə edərək, onların strukturunu yaxşılaşdırır, boy artımını sürətləndirərək, kəpəyin meydana çıxmasının qarşısını alır.

«HEYVANI IŞTAHA»
Dazıotu, bütün bunlardan savayı, iştahanı yaxşılaşdıraraq, həzm vəziləri ifrazat fəaliyyətini stimullaşdırır, sidik-qovucu, spazmalotik təsirə malik olur. Buna görə də, hepatitler, holesistidlər, ifrazat çatışmazlığı, qastritlər, meteorizm zamanı tətbiq olunur. Dazıotu eyni zamanda lipid (yağ) mübadiləsi göstəricilərini də yaxşılaşdıraraq, aterosklerozun, ürəyin işemiya xəstəliyinin profilaktikası üçün tövsiyə olunur. «Unsuz çörək bişirmək mümkün olmadığı kimi, dazıotusuz da bir çox xəstəlikləri müalicə etmək olmaz» — deyə məşhur həkim M.A.Nosal bu barədə yazırdı.

YERİ GƏLMİŞKƏN...
YANIĞI MÜALİCƏ EDƏN YAĞ
Bu maraqlıdır: dazıotunu yay mövsümündə içdikdə, günəş şüalarından qaralma sürətlə baş verir. Çünki bu ot bitkisi işığa qarşı çox həssasdır. Əgər canfəşanlıq edib çox qaralmısansa, dazıotu yağı yanıqları müalicə etməyə yardım edə bilər. Dazıotu bitkisinin yarpaqları ilə birlikdə təzə-tər çiçəklərindən 500 qram götürərək, 1 litr bitki yağı ilə qarışdırıb, 0,5 litr quru çaxır əlavə et. Məhlulu 3 gün saxla. Məhlulu qarışdıraraq hamamda istifadə et.
Etiketlər: Dazıotu, müalicə, dazıotu, ifrazat, malik, edirdilər, savayı, məşhur, yaxşılaşdıraraq, zamanı, xəstəlikləri, hesab, bitki, bitkisi, çaxır, güman, turşusu, bunlardan, ifraz, arasında
BİZİ İZLƏYİN