• Ətirşah: ev həkiminin xeyirli xüsusiyyətləri

Reseptin məlumatları Baxış sayı: 314

Tarix : 29.12.2017, 14:00

Bölmə : Faydalı bitkilər


Ev bitkiləri içərisində bir neçə bitkilər vardır ki onların adları, xeyirli xüsusiyyətlərinə görə xüsusən vurğulanır.
Bunlardan biri də ətirşahdır. Botanik adı — pelarqoniya olan bu bitki, adi soyuqdəymə və ciddi xəstəliklərlə mübarizə apara bilir.

Bitkinin tarixinə nəzər saldıqda onun vətəninin cənubi Afrika olduğu bildirilir. Avropa kontinentinə isə XVII-ci əsrin sonlarında dekorativ bitki kimi gətirildiyi deyilir.

Müasir dövrdə aparılan sınaqlar hətta mütəxəssisləri təəəccübləndirmişdir, belə ki, tərkibindən ifraz olunan bakteresid maddələr, yaxınlıqda olan mikrobların hamısını məhv edə bilir. Havanı mikroblardan təmizlənməsindən əlavə, ətirşah, isti aylarda aktual olan həşəratları da qaçırdır.

Kimyəvi tərkibi
Bitkinin xeyirli xüsusiyyətləri əsasən onun yarpaqlarının tərkibində çoxlu miqdarda efir yağlarının olmasıdır ki, onlar müalicəvi təsir göstərirlər. Bu tək yarpaqlara aid deyil, bu bitkinin həm kökü, həm gülü, həm də yarpaqları çox xeyirli sayılır.

Bitkinin kökünün tərkibində fenollar, yuxarı yaşıl hissəsində müxtəli fenol birləşmələri, saxaroza, kraxmal və hemisellüloza vardır.Yarpaq və güllərin tərkibi fenolkarbon turşuları, vitaminlər, ellaqotaninlər, flavonoidlər, piqment, efir yağları və karbohidratlarla zəngindir.

Xeyirli xüsusiyyətlər
Bu bitkinin bütün xeyirli xüsusiyyətlərini sadalamaq mümkün deyil. O, antiseptik, ağrıkəsici, sidik qovucu, bakteresid, antivirus, qankəsici və şəkər əleyhii təsirlərə malikdir.

Ətirşah — qan axınını stimullaşdırır, ürək ritmi və ürək əzələsinin işini normallaşdırır, baş ağrısında kömək edir. Biləyin üzərinə yarpağı qoymaqla arterial təzyiqi normallaşdırmaq mümükündür.

Bitki — qaraciyər, məsə-bağırsaq traktı və böyrəyin işini nizama salır. Ümumiyyətlə isə böyrək və öd kisəsində problemi olan insanların evində bu bitkinin olması, elementar olaraq fiziki vəziyyəti yaxşılaşdırır.

Ətirşah — həmçinin zökəm, öskürək, anqina və soyuqdəymə üçün əla vasitə sayılır. Bu hallarda yarpaqlar qaynadılaraq onlardan məhlul düzəldilir və boğaz o məhlulla yaxalanır.

Otit zamanı da geniş istfadə olunan ətirşah, bükülərək qulağa yerləşdirilir ki, müalicəvi təsir etsin.

Dişiniz ağrıdığı zaman da,dişin üzərinə qoyula bilər, belə ki, ətirşahın ifraz etdiyi aktiv maddələr ağrı hissinin götürülməsini təmin edir. Bundan əlavə doğranmış yarpaqlardan edilən kompreslər osteoxondroz və radikulitdə kömək edir.

Etiketlər: xeyirli, bitkinin, Bitkinin, bilir, olunan, maddələr, işini, ifraz, kömək, sayılır, deyil, təsir, müalicəvi, üzərinə, soyuqdəymə, bakteresid, əlavə, ətirşah, vardır, bitki
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica