• Dəfnə yarpağının faydaları

Reseptin məlumatları Baxış sayı: 454

Tarix : 10.03.2018, 14:00

Bölmə : Faydalı bitkilər




Latınca «Laurus nobilis» adlanan dəfnənin faydaları böyükdür.

Dəfnə hər zaman yaşıl bir ağacdır. Yay və qış fərq etməz, yarpaqlarını heç vaxt tökməz. Aromatik bir bitki olan dəfnə xoş bir qoxuya sahibdir. May və oktyabr ayları arasında toplanan yarpaqları daha təsirlidir. Meyvəsi əvvəl yaşıl, sonra qara olur.

Yeməklərə dad vermək üçün istifadə edilən dəfnə yarpağının tibbi faydası da böyükdür. Çay və təbii dərmanarın tərkibində istifadə edilir. Şorba, balıq, ət kimi yeməklərə qoxu vermək üçün tökülür. Avropa ölkələrində dərman və kosmetik vasitə kimi istifadə olunur.

May və oktyabr ayları arasında toplanan yarpaqları daha təsirlidir.
Dəfnə yarpağının mikrob öldürücü, sidik qovucu, tərlədici, ağrıkəsici kimi təsirləri var. Soyuqdəyməyə qarşı faydalıdır.

Dəfnə yarpağı ilə hazırlanan su vannası menstruasiya zamanı yaranan gərginlik və ağrılara, revatizm ağrılarına, əzələ yorğunluğuna qarşı effektlidir. 3 ovuc dəfnə yarpağını 1 litr qaynar suda 5 dəqiqə zəif odda qaynatdıqdan sonra ilıq su dolu vannaya tökün. Ən az 30 dəqiqə bu vannada oturun.

Dəfnə yağının faydaları
Dəfnə yağı zeytunə bənzər meyvəsindən əldə edilir, ondan hazırlanan sabun saç və cild sağlamlığı üçün istifadə edilir.

Antiseptik təsiri olan dəfnə yağı saçı gücləndirir, kəpəklənməni azaldır.

Sədəf, revmatizm, eqzema zamanı bitki mənşəli kremlərin tərkibində istifadə olunur.

Dəfnə sabunun faydaları
Saçları qidalandırır, yumşaqlıq və parlaqlıq qazandırır. Antiseptik və nəmləndirici təsiri olduğundan müntəzəm istifadəsi zamanı saç tökülməsinin, kəpəyin və göbələyin yaranmasının qarşısını alır.

Saç dibi qıcıqlanmalara qarşı təsirlidir. Həqiqi dəfnə sabununun məxsusi qoxusu olur və açıq qəhvəyi-yaşıl rəngi var. Dəridəki məsamələri açıb rahatladır. Quru cildi nəmləndirir.

Dəfnədən istifadə edən zaman nələrə diqqət etmək lazımdır?
Dəfnə yarpağı allergiyaya səbəb olduğundan hamilələr istifadə etməməlidir. Çöl dəfnəsi, Ərəbistan dəfnəsi zəhərli oduğundan hansı növ dəfnə istifadə etdiyinizə diqqət yetirin.

Etiketlər: istifadə, Dəfnə, dəfnə, təsirlidir, qarşı, yaşıl, zamanı, edilir, faydaları, toplanan, arasında, ayları, yarpaqları, vermək, sonra, oktyabr, hazırlanan, yarpağı, diqqət, bitki
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN