• Monstera bitkisi haqqında

Reseptin məlumatları Baxış sayı: 5 441

Tarix : 4-01-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Bitkinin vətəni Vest-Hind adaları və Cənubi Amerikadır. Monstera gözəl, həmişəyaşıl, ən geniş yayılmış otaq bitkilərindən biridir. Cavan yarpaqları bütöv olur, zaman keçdikcə deşilir, sonra tamamilə kəsikli olur.

Ümumilikdə monsteralar tələbkar olmayan, asanlıqla yetişdirilən tropik bitkidir. Nəzərə almaq lazımdır ki, hətta otaq şəraitində belə bu bitkilər bir neçə metr hündürlüyə uzanır, ona görə də onları sərin və geniş ofis, foye və zallarda saxlamaq məsləhətdir. Bitki məkanda havanın ionlaşmasına səbəb olur.

Temperatur:Mülayim, qışda optimal tempeatur 16-18°C, bir az yüksək temperaturda monstera tez böyüyür.

İşıqlandırma:Birbaşa günəş şüalarını xoşlamır. Çoxları düşünür ki, monstera kölgəliksevən bitkidir və onu ən qaranlıq küncə qoyurlar – bu, düzgün deyil. Əslində monstera kölgəyədavamlıdır, onun üçün ən yaxşı yer isə parlaq, lakin dağınıq işıq və ya zəif kölgəlikdir.

Sulama:Yazdan payızadək bol sulanır, qışda isə elə sulamaq lazımdır ki, torpaq qurumasın, lakin çox sulu da olmasın.

Yemləmə:Martdan avqusta qədər monsteranı otaq bitkiləri üçün kompleks gübrələr ilə qidalandırırlar. Gübrə hər iki həftədən bir verilir. İri bitkilərə yayda bir dəfə torpağın üst qatına çürümüş peyin əlavə etmək olar. Bunun əvəzinə sığırquyruğu cövhəri ilə sulamaq da olar, lakin bu zaman evdə iy qala bilər.

Havanın rütubətliliyi:Müntəzəm su çilənməlidir. Vaxtaşırı monsteranın yarpaqları yuyulur, süngərlə silinir. Qışda qızdırıcı sistemlərin yanında yarpaqların ucları quruya və ləkələr əmələ gələ bilər.
Etiketlər: monstera, lakin, zaman, qışda, bilər, lazımdır, bitkidir, yarpaqları, sulamaq, geniş, monsteranı, Əslində, qədər, Martdan, avqusta, bitkiləri, deyil, Gübrə, həftədən, qidalandırırlar
BİZİ İZLƏYİN