• Balqabaq şirəsinin faydaları

Reseptin məlumatları Baxış sayı: 2 763

Tarix : 2-02-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Balqabağın dünyada 700-ə qədər növü mövcuddur. Bunlardan 3-ü — adi, irimeyvəli və muskat növləri Azərbaycanda daha geniş becərilir. Bir çox vitamin preparatlarının, şirniyyat sənayesində sukat və müxtəlif içliklərin hazırlandığı balqabağın şirəsinin nə qədər faydalı olduğunu bilirsinizmi?

Bundan başqa balqabaq şirəsinin sağlamlığa bir sıra faydaları var. Uzun sürən müalicə proseduralarından, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitə hesab olunur. Onun tərkibində pektin olduğu üçün bu içki güclü antioksidantdır. Buna görə də balqabaq şirəsi orqanizmin xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.

Balqabaq şirəsi sidikqovucu xassəyə malikdir. Böyrək daşlarının salınması üçün təbii məlhəmdir. Bu şirə maddələr mübadiləsini normallaşdırır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sisitemi üçün xeyirlidir. Ürək damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır.

Hipertoniyadan əziyyət çəkənlər də balqabaq şirəsindən faydalana bilərlər. O, qan təzyiqinin aşağı salınmasında əvəzolunmaz vasitədir. Bu şirə qanda şəkərin də səviyyəsini aşağı salır. Buna görə də şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür.

Balqabaq şirəsi prostat vəzin xəstəliklərinə qarşı profilaktika üçün ən yaxşı içkilərdən biri sayıla bilər. Bu möcüzəvi faydaları olan içki hamilə qadınların ümumi vəziyyətinə də müsbət təsir göstərir. Xüsusilə ürəkbulanma zamanı balqabaq şirəsi öz effektini verir.

Xanımlar bu şirədən dırnaq və saç qulluğunda istifadə edə bilər. Balqabaq şirəsi saç və dırnağın struktrunu möhkəmləndirir. Uşaqlarda raxitin inkişafının qarşısının alınması üçün balqabaq şirəsindən istifadə etmək məsləhət görülür.

Balqabaq şirəsini gün ərzində 1 stəkandan artıq içmək məsləhət görülmür. Unutmayaq ki, hər bir qidanın faydası olduğu kimi zərəri də var. Ona görə də hər şeydən qədərində yararlanmaq lazımdır.

Eynilə də balqabaq şirəsidir ki, mədə və on iki barmaq bağırsağın xorası, həzm orqanlarında kəskin problemlərin olduğu zaman balqabaq şirəsindən məhdudiyyətlə istifadə olunmalıdır. Bu şirədən müalicə məqsədilə istifadə etdikdə həkimlə məsləhətləşməyi unutmayın.
Etiketlər: balqabaq, şirəsi, istifadə, Balqabaq, şirəsindən, olduğu, məsləhət, orqanizmin, faydaları, müalicə, yaxşı, zamanı, şirədən, bilər, görülür, aşağı, şirəsinin, əziyyət, qədər, göstərir
BİZİ İZLƏYİN