• Dekorativ və məhsuldar limon

Reseptin məlumatları Baxış sayı: 2 179

Tarix : 6-02-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Sitrus növünə aid olan limon həmişəyaşıl bitkilərdəndir. On birinci əsrin əvvələrində Cənub-Şərqi Asiyadan Aralıq dənizi ölkələrinə gətirilmiş və hələ də burada geniş şəkildə becərilir. Limon həm məhsuldar, həm də dekorativ bitkidir. İstisevenolduğundan soyuq iqlimə malik ölkələrdə dibçəkdə əkilir. Yazın sonlarından etibarən onu açıq havaya çıxarırlar. Payızda isə onu evə qoymaq lazımdır.

Ev şəraitində limonun müxtəlif növləri becərilir. Onlar çiçəkləyir və məhsul verirlər. Limonun müalicəvi əhəmiyyəti çoxdan məlumdur. Meyvəsinin qabığında efir yağı var, ləti isə vitaminlərlə zəngindir. Bitki hətta meyvə verməsə belə, evdə sağlam mikroiqlim yaradır. Belə ki, bitki havaya fitonsid buraxır ki, o da immunitetin möhkəmlənməsinə kömək olur, insanın əhvalına müsbət təsir göstərir.

Limonun yarpaqları ətirli, parlaq, yaşıl rənglidir. Cavan bitkilərin yarpaqları tünd yaşıl, nisbətən yaşlı bitkilərin yarpaqları isə nazik qəhvəyi qatla örtülür. Limon ilin bütün fəsillərində çiçəkləyə bilər. Eyni vaxtda bitkinin üzərində həm çiçək, həm tumurcuq, həm də meyvəsini görmək olar. Çiçəkləri ağ və krem rəngində tək və ya topa halında olur. Limonun meyvəsi gec, təxminən yarım ilə yetişir.
Etiketlər: Limonun, yarpaqları, yaşıl, bitkilərin, becərilir, havaya, Limon, əhvalına, müsbət, göstərir, parlaq, ətirli, insanın, təsir, möhkəmlənməsinə, verməsə, sağlam, meyvə, hətta, Bitki
BİZİ İZLƏYİN