• Şam ağacı qozası nələrə dərmandı?

Reseptin məlumatları Baxış sayı: 7141

Tarix : 18.03.2018, 14:00

Bölmə : Faydalı bitkilər


Əksəriyyətimizin əyləncə, bəzək əşyası kimi baxdığı şam ağacı qozası əslində sağlamlıq üçün çox faydalı imiş.

Qozaları qaynadıb, balla dadlandıraraq için. Böyrək daşı və qumun təmizlənməsində kömək olur.

Təzə yetişən qozanı qaynadıb, balla dadlandıraraq isti halda içmək, yaxud qarqara etmək səs tellərindəki zədələnməni aradan götürür.

Qoza yarpaqlarını qaynadıb balla qarışdırın və için. Mədəyə faydalıdır.

Qozanın qabığını sirkə ilə qaynadıb qarqara edin. Dişinizin ağrısı kəsəcək.

Qoza qabıqları üyüdülüb yaraların üzərinə sürtsəniz, daha tez sağalar.

Qoza tumurcuqlarını, təzə yarpaqlarını qaynadıb balla dadlandırdıqdan sonra için. Qanı təmizləyəcək.

Qoza tumurcuqlarını qaynadıb balla dadlandırın və isti halda için. Öskürəyi kəsir.

Qoza yarpaqları və qabıqlarını qaynadıb soyuq halda içmək qaraciyər bölgəsindəki ağrını yüngülləşdirir.

Qoza yarpağı sinir otu ilə birlikdə qaynadılıb balla dadlandırılaraq içilərsə, astma, bronxit nəfəs darlığı kimi problemləri yüngülləşdirə bilər.

Qoza yarpaqlarını qaynadıb balla dadlandırın və ilıq halda ac qarına için. Arıqlamağa kömək edir.


Etiketlər: qaynadıb, balla, halda, yarpaqlarını, qarqara, kömək, dadlandırın, tumurcuqlarını, dadlandıraraq, içmək, kəsir, Öskürəyi, yarpaqları, darlığı, soyuq, qabıqlarını, problemləri, təmizləyəcək, sürtsəniz, üzərinə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN