• Ballı iris resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 671

Tarix : 25-08-2014, 00:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q şəkər tozu
120 q bal
120 q kərə yağı
250 ml yağlı xama, yaxud qaymaq

Hazırlanması:
Ballı iris resepti - FOTO RESEPT


Bal və şəkər tozunu qarışdırıb zəif odun üzərinə qoyun. Qaynara düşəndən sonra kəhrəba rəngi alanadək, təxminən 7-10 dəqiqə bişirin.
Ballı iris resepti - FOTO RESEPT


Hissə-hissə otaq temperaturunda olan kərə yağını əlavə edin. Xamanı qızdırın, qaynar olanda əlavə edin.
Ballı iris resepti - FOTO RESEPT


Lazım olan qatılığadək bişirin. Yoxlaya da bilərsiniz: bir damla soyuq səthin üstünə salın, soyumasını gözləyin, sonra isə əlinizlə bərkliyini yoxlayın.

Sininin içinə perqament döşəyin. Üstünə yağ çəkin, sonra isə irisi içinə tökün.
Ballı iris resepti - FOTO RESEPT


Bir qədər soyuyandan sonra kvadratlara bölün. Tam soyudun.
Ballı iris resepti - FOTO RESEPT


Əgər bal xoşlamırsınızsa, onu eyni miqdarda şəkər tozu ilə əvəz edin. Həmçinin yağla birlikdə 50 q əridilmiş şokolad da əlavə edə bilərsiniz, o zaman şokoladlı iris alınacaq.

Hazır irisləri perqamentdən, yaxud cığaradan kəsdiyiniz kağızlara bükə bilərsiniz.
Ballı iris resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: sonra, əlavə, bilərsiniz, şəkər, yaxud, içinə, bişirin, bölün, tökün, qədər, soyuyandan, kvadratlara, irisi, çəkin, Sininin, yoxlayın, perqament, döşəyin, soyudun, Üstünə
BİZİ İZLƏYİN