• Kimi-endo-an resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 874

Tarix : 17-09-2014, 14:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Vaqasi - ənənəvi yapon şirniyyatıdır. O, çay dəstgahı üçün nəzərdə tutulub. Tanış olanlar bunun qeyri-adi çayiçmə mərasimi, vaqasinin isə heç də tamamilə şirniyyat olmadığını təsdiqləyərlər. Vaqasini müxtəlif ərzaqlardan hazırlayırlar. Mətbəxdə eksperimenti xoşlayanlar üçün kimi-endo-anın hazırlanma qaydası:

Tərkibi:
Kimi-an (sarı qarışıq):

6 yumurtanın sarısı
50 q şəkər tozu

Endo-an (noxudlu qarışıq):
200 q göy noxud
40 q şəkər tozu

Hazırlanması:
Yumurtaları suda bişirin. Sarılarını ayırıb ələkdən keçirin, şəkər tozu əlavə edib, qarışdırın.

Göy noxudun üstünə su töküb 15 dəqiqə, yumşalanacan qaynadın. Suyunu süzün, həvəngdə döyün, şəkər tozu əlavə edib ocağın üstə qoyün, qatılaşanadək daim qarışdırın. Kütlə qaynamalı, amma dibi tutmamalıdır. Bu pastanı böyük boşqaba yayın ki, həm tez soyusun, həm də rəngi parlaq yaşıl qalsın.

15x15 sm ölçüdə nazik pambıq parçanı, yaxud bir neçə qat cunanı suda isladıb yaxşıca sıxın. Üstünə bir qədər sarı, bir qədər də yaşıl qarışıqdan qoyun. Parçanı boğça kimi bükün, yuxarı hissəsini spiral kimi burun. Sonra ehtiyatla açıb boşqaba qoyun. Soyuyandan sonra çayla süfrəyə verin.
Kimi-endo-an resepti - FOTO RESEPT

Kimi-endo-an resepti - FOTO RESEPT

Kimi-endo-an resepti - FOTO RESEPT

Kimi-endo-an resepti - FOTO RESEPT

Kimi-endo-an resepti - FOTO RESEPT

Kimi-endo-an resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, qoyun, əlavə, qədər, yaşıl, qarışıq, qarışdırın, boşqaba, qalsın, qoyün, qatılaşanadək, ocağın, piroq resepti, nazik, döyün, ölçüdə, parlaq, Kütlə, böyük, pastanı
BİZİ İZLƏYİN