• Samanın içində bildirçin resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 168

Tarix : 17-09-2014, 17:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 1-2

Şef / Mənbə : Aleksey Semyonov

Tərkibi:
2 bildirçin
1 tutam saman (4-litrlik qazanın 1/3-i qədər)
300 ml şampan şərabı
duz
istiot
kəklikotu qurusu
120 q bulqur
50 q xırda qulançar
80 q çerri pomidor
60 q kərəviz yarpağı
60 q baş soğan
1 diş soğan
60 q qırmızı bolqar bibəri
60 q qabaq
kahı
50 ml zeytun yağı
10 ml vorçester sousu
5 sl soya sousu

Sous üçün:
400 ml toyuq bulyonu
üyüdülmüh ağ göbələk
30 q kərə yağı
10 q nanə
80 q sürtgəcdən keçirilmiş pomidor
duz
istiot

Hazırlanması:
Birinci qarniri hazırlayın. Bunun üçün bütün tərəvəzləri - qabaq, kərəviz, soğan, sarımsaq və bolqar bibərini - xırda kubik doğrayın. Tavada zeytun yağında qovurun. Sonra bulqur əlavə edin, qarışdırın, bulqurun üstünü tam örtüncə su, sonra soya və vorçester sousları əlavə edin. Tavanın qapağını örtün, qaynara düşəndən sonra vam odda 10 dəqiqə bişirin.

Qazanın dibinə samanı döşəyin (onun həcminin 1/3-i qədər). Şampan şərabını əlavə edin. Ocağın üstünə qoyun. Təmizlənmiş bildirçinlərin üstünə bitki yağı çəkin. Sonra onları buxarda dəmləmək üçün içliyin içinə qoyun, içliyi qazana yerləşdirin (beləsi yoxdursa, xırda aşsüzəndən istifadə edə bilərsiniz). Qazanın ağzını qapaqla örtün. Vam odda 10 dəqiqə bişirin.

Qulançarı təmizləyin, eyni ölçüdə (təxminən barmaq uzunluqda) doğrayın. Bildirçinlər hazır olmamışdan 3 dəqiqə əvvəl onların yanına yerləşdirin.

Qazançada sous hazırlayın: Bulyonun içinə sürtgəcdən keçirilmiş pomidor, nanə və üyüdülmüş quru ağ göbələk əlavə edin. Qaynara düşəndə ocağı azaldın, qazançanın ağzını açıq qoymaqla bişirin. Yarısı buxarlanandan sonra ələkdən keçirin, kərə yağı və ədviyyat əlavə edin.

Boşqabın içinə hazır bulquru, üstünə bildirçini, yanına qulançarı qoyun, üstünə sous gəzdirin və göyərti, çerri pomidorlarla bəzəyin.
Samanın içində bildirçin resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, üstünə, bişirin, dəqiqə, xırda, soğan, pomidor, sonra, qoyun, içinə, yanına, keçirilmiş, sürtgəcdən, göbələk, vorçester, sousu, hazırlayın, doğrayın, zeytun, örtün
BİZİ İZLƏYİN