Tərkibi:3 x.q. jelatin
100 ml soyuq su
500 ml portağal şirəsi
50-70 q şəkər tozu
500 ml şirin şərab (şampan)
3-4 şaftalı (yaxud 1 banka (400 q) şaftalı konservi)
200 q çiyələk
Qeyd: meyvələri ağız dadınıza görə başqaları ilə əvəz edə bilərsiniz. Əsas odur, bərk olmasınlar.
Hazırlanması:Jelatini tayqulpa qoyub üstünə soyuq su tökün. Üstündə yazılan müddətdən asılı olaraq (15-45 dəqiqə) şişməsini gözləyin.
Şişmiş jelatinə 100 ml şirə və şəkər tozu əlavə edin. Orta itilikdə ocağın üstə qoyub şəkər tozu və jelatin əriyənədək daim qarışdırın. Qaynatmaq olmaz!
Şirənin qalanını və şərabı əlavə edin.
İri dərin siniyə, yaxud, ayrıca formalara süzün.
Şaftalı və çiyələyi doğrayın. Siniyə, yaxud formaların içindəki jelenin üzərinə paylaşdırın.
Soyuducuda tam donanadək, təxminən 4-5 saat saxlayın.
Nuş olsun!
Etiketlər: şəkər, yaxud, qoyub, əlavə, şaftalı, jelatin, soyuq, şərabı, dərin, siniyə, qalanını, ayrıca, Şirənin, qarışdırın, əriyənədək, Qaynatmaq, formalara, olmaz, itilikdə, ocağın