• Toyuq kolbasası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 910

Tarix : 30-09-2014, 18:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q toyuq filesi
300 q hisə verilmiş toyuq əti
150 q noxud
1-2 yumurta
3 x.q. qarğıdalı nişastası
ədviyyat, duz - zövqə görə

Hazırlanması:
Toyuq ətini, bişmiş noxudu ət maşınından keçirin, digər ərzaqları əlavə edin, təxminən 1 st. su əlavə edin ki, yumşaq olsun (püre halında).
Toyuq kolbasası resepti - FOTO RESEPT


Nişasta əlavə edib qarışdırın.
Toyuq kolbasası resepti - FOTO RESEPT


Ədviyyat əlavə edin (quru sarımsaq tozu, otlar, qara, qırmızı istiot və s.)
Toyuq kolbasası resepti - FOTO RESEPT


Qida plyonkasını masaya sərin. Bir qırağından farşı kolbasa kimi qoyun.
Toyuq kolbasası resepti - FOTO RESEPT


Səliqə ilə bükməyə başlayın.
Toyuq kolbasası resepti - FOTO RESEPT


Bir başını bağlayın. Kolbasanı hamarlayıb o biri başını da bağlayın.
Toyuq kolbasası resepti - FOTO RESEPT


Diş çöpü ilə kolbasanın üstündə bir neçə yerindən deşik açın ki, bişən zaman havası çıxa bilsin.
Toyuq kolbasası resepti - FOTO RESEPT


Bunu 20-30 dəqiqə buxarda, yaxud suda qaynada bilərsiniz. Bişəndən sonra qızartmaq istəsəniz, üstünün plyonkasını açın, üzərinə zeytun yağı çəkin, sobada üstü qızaranadək bişirin.
Toyuq kolbasası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, plyonkasını, bağlayın, olsun, başını, toyuq, bişən, deşik, havası, zaman, yerindən, Kolbasanı, bükməyə, Səliqə, başlayın, hamarlayıb, kolbasanın, üstündə, dəqiqə, zeytun
BİZİ İZLƏYİN