• Qızardılmış süd resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 450

Tarix : 3-10-2014, 19:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Qızardılmış süd - bir qədər fantastik səslənir. Əslində isə çox dadlı və hər bir xanımın hazırlaya biləcəyi asan desertdir.

Tərkibi:
0,5 l süd
150 q kərə yağı
300 q un
150 q şəkər tozu
3 yumurta
250 q narın suxarı
darçın
yarım limonun qabığı
Qızardılmış süd resepti - FOTO RESEPT


Hazırlanması:
Kərə yağını tayqulpda əriməyə qoyun. Bu müddətdə yumurtaların ağını sarısından ayırın.
Qızardılmış süd resepti - FOTO RESEPT


Yağ əriyəndən sonra ocağı azaldın, unun 2/3 hissəsini əlavə edin, daim qarışdıraraq iki dəqiqə qovurun, şəkər tozunu əlavə edin, qarışdırın.
Qızardılmış süd resepti - FOTO RESEPT


Limon qabığı və darçını əlavə edin. Limon qabığını əzə-əzə qarışdırın.

Əlinizi saxlamadan südü əlavə edin. Krem qaynayanadək qarışdırın, sonra ocaqdan götürüb təxminən 5 dəqiqə soyudun.

Yumurta sarılarını bir-bir kremə əlavə edib hər dəfə də sürətlə qarışdırın ki, bişməsin.
Qızardılmış süd resepti - FOTO RESEPT


İri yastı qabı kərə yağıyla yağlayın. Yüngülcə narın suxarı səpin.

Kremi bərabər qaydada yayın (optimal qalınlığı 2 sm).
Qızardılmış süd resepti - FOTO RESEPT


Soyudun. Dondurucuda ən azı 3 saat saxlayın, o elə donmalıdır ki, sonra kəsmək asan olsun.
Qızardılmış süd resepti - FOTO RESEPT


Yumurta ağlarını çəngəllə qarışdırın (çalmayın). Donmuş kremi kvadrat, romb və ya üçbucaq formasında doğrayın.

Vacib məqam! Kremin donu açılmasın deyə cəld işləmək lazımdır. Hər tikəni hərtərəfli una, sonra yumurta ağına, sonra isə narın suxarıya batırmaq lazımdır.
Qızardılmış süd resepti - FOTO RESEPT


Tikələri qızdırılmış çoxlu miqdarda yağda qızardın. Yağ çox qaynar olmalı, qızartma prosesi də sürətli və qısa olmalıdır. Yəni "içəridəki" krem bərkiməməlidir: üstü xırt-xırt olmalı, içi isə duru alınmalıdır.
Qızardılmış süd resepti - FOTO RESEPT


Kağız salfetin üstünə düzüb yağını çəkməsini gözləyin, süfrəyə isti-isti, giləmeyvə sousu və ya mürəbbə ilə verin.
Qızardılmış süd resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, sonra, narın, yağını, suxarı, Yumurta, olmalı, Limon, yumurta, lazımdır, dəqiqə, qabığı, olsun, şəkər, kəsmək, tikəni, işləmək, hərtərəfli
BİZİ İZLƏYİN