• Kəsmikli rulet resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 945

Tarix : 5-10-2014, 16:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q kəsmik
150 q pendir
100 q şirin bibər
2 yumurta
3-4 x.q. un
şüyüd
duz
ədviyyat - zövqə görə
narın suxarı
2 x.q. bitki yağı

Hazırlanması:
Kəsmiyi çəngəllə əzin ki, içində lopa qalmasın. İçinə yumurta qırın, un, duz, ədviyyat əlavə edib qarışdırın.
Kəsmikli rulet resepti - FOTO RESEPT


Pendiri barmaq kimi, şirin bibəri saman kimi doğrayın. Şüyüdü yuyub suyunu süzün. Kəsmikli xəmiri perqamentin, yaxud qida plyonkasının üstünə dördbucaqlı şəkildə yayın. Üstünə sıra ilə pendir, bibər və şüyüdü düzün.
Kəsmikli rulet resepti - FOTO RESEPT


Perqamentin (qida plyonkasının) köməyilə rulet kimi bükün, narın suxarıya batırın, yağlanmış siniyə qoyun.
Kəsmikli rulet resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Süfrəyə verərkən doğrayın, üzərinə göyərti səpin.
Kəsmikli rulet resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yumurta, ədviyyat, doğrayın, bibər, narın, pendir, şirin, plyonkasının, köməyilə, bükün, suxarıya, Perqamentin, rulet, şüyüdü, şəkildə, dördbucaqlı, batırın, yayın, Üstünə, düzün
BİZİ İZLƏYİN