• Krem-karamel resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 63 649

Tarix : 8-10-2014, 22:00

Bölmə : Foto reseptlər / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
Krem üçün:

2-3% yağlılıqlı süd
1 x.q. şəkər tozu
1 x.q. vanilli şəkər
1 yumurta
2 yumurta sarısı

Karamel üçün:
100 q şəkər tozu
100 ml su

Hazırlanması:
Əvvəlcə karameli hazırlayın. Bunun üçün tayqulpa şəkər tozu töküb orta itilikdə ocağın üstünə qoyun. Şəkər tozu karamel halına gələnədək saxlayın. Amma çox bişirməyin, desertə acı dad verə bilər.
Krem-karamel resepti - FOTO RESEPT


Karamelizə edilmiş şəkərə ehtiyatla qaynar su əlavə edin, qaynara düşəndən sonra orta itilikdə odda qatı şərbət halınadək bişirin.

Ocaqdan götürün.

Krem hazırlamaq üçün südü qızdırın. 1 yumurta və 2 yumurta sarısını şəkər tozu və vanilli şəkərlə qarışdırın (çalmayın, sadəcə, qarışdırın).
Krem-karamel resepti - FOTO RESEPT


Dayanmadan qarışdıra-qarışdıra buraya nazik axınla qaynar südü əlavə edin.
Krem-karamel resepti - FOTO RESEPT


Formaları (təxminən 250 ml-lik) kərə yağı ilə yağlayın. Dibinə karamel, üstünə isə yumurta-süd qarışığını əlavə edin. Sonra formaları dərin siniyə qoyun. Həmin sininin içinə formaların yarısına çatacaq qədər qaynar su tökün.

Sinini 150 dərəcə qızdırılmış sobada 45 dəqiqə saxlayın.
Krem-karamel resepti - FOTO RESEPT


Hazır deserti sobadan çıxarıb otaq temperaturunadək soyudun. Sonra soyuducuda bir neçə saat saxlayın.

Süfrəyə verməzdən əvvəl iti bıçağın ucu ilə formanın kənarlarından ayırın, sonra boşqaba tərs çevirin.
Krem-karamel resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, yumurta, qaynar, əlavə, saxlayın, sonra, üstünə, qoyun, karamel, qarışdırın, itilikdə, Sonra, qarışdıra, vanilli, qədər, çatacaq, yarısına, tökün, təxminən, Sinini
BİZİ İZLƏYİN