Tərkibi:(2-3 istəkan kəsmik üçün)
8 stəkan yağlı süd (2 litr)
2 stəkan qatıq
Lazım olan avadanlıq:Təmiz qazan
2-3 qat tənzif/cuna (qalındırsa bir qat da kifayətdir)
Süzgəc
Hazırlanması:Tənzifi süzgəcin üstünə açın.
Südü qazana töküb orta odda arada qarışdıra-qarışdıra qaynadın. Qaynayan kimi, qatığı buraya əlavə edin. Arada qarışdırın. Bir neçə dəqiqədən sonra süd kəsilməyə başyayacaq. Qazanın üstünə qalxan kəsmikdir.
Yavaşca qazanın içindəkiləri tənzifin üstünə tökün. Qoyun kəsmiyin suyu tamamilə süzülsün. Kəsmiyi əlinizlə sıxıb əzməyin. Tənzifin uclarını birləşdrib bağlaya, bə onu bir yerə asa bilərsinizi ki, su daha rahat və tez süzülsün. Kəsmik hazırdır. Diqqətli olun, kəsmiyi çox qurutmayın. Çox qurutsanız, onda kəsmik şor olar. Kəsmiyi soyuducuda 1 həftəyədək saxlamaq olar.
Şorun hazırlanması:Şor kəsmiyin bir qədər quru növüdür. Bir növ ovxalanan pendirdir. Şor hazırlamaq üçün, tənzifdə suyu süzülmüş olan kəsmiyi tənzifə sarıyın. Üstünə ağırlıq (məsəl üçün, qazan) yerləşdirin. Bir müddət sonda kəsmik bərkiyib şora dönəcək. Şoru soyuducuda saxlayın.
Nuş olsun!
Etiketlər: kəsmik, üstünə, qarışdıra, süzülsün, kəsmiyi, soyuducuda, qazan, Kəsmiyi, kəsmiyin, stəkan, qurutsanız, qurutmayın, istəkan, həftəyədək, hazırlanması, Şorun, saxlamaq, Diqqətli, hazırdır, uclarını