• Kəsmikli roll resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 961

Tarix : 28-11-2017, 18:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q kəsmik
1 ç.q. xama
1 ç.q. bal
1 ç.q. şəkər pudrası
3 çiyələk
1 ovuc gavalı qurusu
0.5 banan
kokos yonqarı
fındıq (bəzək)
çalınmış qaymaq (bəzək)

Hazırlanması:
Kəsmiyi iki bərabər hissəyə bölün. Birinə xama ilə balı, digərinə çiyələklə şəkər pudrasını əlavə edin.

Hər iki kütləni ayrılıqda blenderdən keçirin.

Qida plyonkasını masanın üzərinə sərin. Üzərinə bərabər qaydada çəhrayı kokos yonqarı səpin. Yonqarın üzərinə bəyaz kəsmikli kütləni səliqəylə döşəyin. Qara gavalını ortadan bölüb şəkildə göstərildiyi qaydada kəsmik layının ortasına düzün. Plyonkanı tədqicən qaldıraraq rulet kimi bükün. Sonra bütünlüklə plyonka ilə büküb hamar forma verin.

Proseduru çəhrayı kəsmikli kütlə və bəyaz kokos yonqarı ilə təkrarlayın. Ancaq qara gavalı qurusu yerinə banan qoyun.

Ruletləri soyuducuda yarım saat saxlayın. Bərkidikdən sonra doğrayıb üzərinə fındıq düzün.

Kəsmikli roll resepti - FOTO RESEPT

Kəsmikli roll resepti - FOTO RESEPT

Kəsmikli roll resepti - FOTO RESEPT

Kəsmikli roll resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, kokos, yonqarı, kütləni, qaydada, çəhrayı, düzün, kəsmikli, kəsmik, bərabər, bəyaz, qurusu, gavalı, fındıq, bəzək, banan, şəkər, plyonka, hamar, bütünlüklə
BİZİ İZLƏYİN