• Yerusəlim kadofası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 616

Tarix : 7-08-2014, 21:33

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
125 q kus-kus
250 q yağsız kəsmik
5 x.q. bal
50 q kərə yağı
1 yumurta
50 q fıstıq
1 ç.q. limon şirəsi
1/4 ç.q. darçın
duz
250 ml qaynar su

Hazırlanması:
Kus-kusun üzərinə qaynar su töküb 30 dəqiqə saxlayın.
Yerusəlim kadofası resepti - FOTO RESEPT


Kəsmiyi ələkdən keçirib 2 x.q. balla qarışdırın.
Yerusəlim kadofası resepti - FOTO RESEPT


Yumurtanı duz və kərə yağıyla çalın, kus-kusla qarışdırın.
Yerusəlim kadofası resepti - FOTO RESEPT


Xırda formaları yağlayın. Yarısınadək kus-kusu doldurun, üzərinə kəsmikli qarışıqdan qoyub yenidən kus-kusla örtün. Hamarlayın, 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
Yerusəlim kadofası resepti - FOTO RESEPT


Fıstıqları xırda doğrayın.
Yerusəlim kadofası resepti - FOTO RESEPT


Balın qalanına darçın və azca su əlavə edin, qaynara düşəndən sonra 5 dəqiqə qaynadın. Ocaqdan götürüb limon şirəsi əlavə edib qarışdırın.

Kadofanın üzərinə fıstıq səpin, ballı şərbət gəzdirin.
Yerusəlim kadofası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, dəqiqə, qarışdırın, qaynar, əlavə, darçın, şirəsi, kusla, fıstıq, limon, qalanına, doğrayın, Balın, xırda, sobada, Hamarlayın, dərəcə, qızdırılmış, bişirin, Fıstıqları
BİZİ İZLƏYİN